Pakistanın Mir Ali bölgəsində ordunun mövqeləri raket hücumuna məruz qalıb.
Zefer.media xəbər verir ki, hücuma görə məsuliyyəti “İttihad-ul-Mücahidin Pakistan” (IMP) adlı silahlı qruplaşmanın öz üzərinə götürdüyü bildirilib.
Məlumata görə qruplaşma Pakistan Ordusunun mövqelərinə raket zərbələri endirib.
Hadisə nəticəsində ölən və ya yaralananlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Pakistan ordusu da hücumla əlaqədar rəsmi bəyanat verməyib.
Zərintac Mayisqızı

















