Siyasət

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü

25 İyun 2026, 16:241
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalterlə görüşüb.

Zefer.media xəbər verir ki, bu barədə Hikmət Hacıyev sosial media hesabında paylaşım edib.

Görüşün səmərəli keçdiyini qeyd edən H. Hacıyev bildirib ki, tərəflər Azərbaycan Prezidenti İlham Əliyev və Fransa lideri Emmanuel Makron arasında ötən ay baş tutan telefon danışığının ruhuna uyğun olaraq, iki ölkə arasındakı ikitərəfli münasibətlərin cari vəziyyətini və əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər.

Görüşdə, həmçinin regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600