• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9148
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Moldova Azərbaycanlıları Konqresi Nizami Gəncəvinin abidəsi önündə ənənəvi iməcilik aksiyası keçirib

21 İyun, 26 / 18:01
A A

2026-cı il iyunun 20-də Moldova Azərbaycanlıları Konqresi paytaxt Kişinyovun Rışkanovka sektorunda yerləşən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi önündə ənənəvi iməcilik aksiyası təşkil edib.

Zefer.media xəbər verir ki, tədbir iştirakçıları parkın və ona bitişik ərazilərin abadlaşdırılması işlərini həyata keçiriblər.

Ərazi zibillərdən təmizlənib, yaşıllıq sahələri qaydaya salınıb, həmçinin oturacaqlar rənglənib. Birgə səylər nəticəsində abidənin ətrafı şəhər sakinləri və qonaqlar üçün daha səliqəli və rahat görkəm alıb.

İməcilik aksiyasında Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov, Konqres Şurasının üzvləri Ramil Adıgözəlov, Marif Berqan və Rahim Səfərov, Konqresin üzvü Mehriban Bədəlova, Konqresin bazar günü məktəbinin müəllimi Səidə Səfərova, Azərbaycan icmasının ağsaqqalı Əli Bayramov, eləcə də digər fəallar və diasporun hörmətli nümayəndələri iştirak ediblər.

Tədbirə Azərbaycan Respublikasından gələn fəxri qonaqların qatılması ona xüsusi əhəmiyyət qazandırıb. Onlar Kişinyova Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsertdə iştirak üçün səfər ediblər. İməcilik aksiyasına Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müşaviri Cahangir Səlimxanov, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Tural Səfərov və Təhməsib Atakişiyev, həmçinin bir gün əvvəl mindən çox tamaşaçının iştirak etdiyi “Sevgi və dəniz” adlı musiqili xatirə gecəsində çıxış etmiş opera ifaçıları Aleksey Botnarçuk və Gülnarə Raylyanu da qoşulublar.

Nizami Gəncəvinin abidəsi önündə iməcilik aksiyasının keçirilməsi Moldova Azərbaycanlıları Konqresinin xoş və uzunillik ənənələrindən biridir. Dahi şairin abidəsinə qayğı göstərilməsi və ətraf ərazidə səliqə-sahmanın qorunması Azərbaycan xalqının zəngin mədəni irsinə hörmətin ifadəsi olmaqla yanaşı, şəhər məkanının abadlaşdırılmasına da töhfə verir.

Moldova Azərbaycanlıları Konqresi görülən işlərin təşkilinə göstərdiyi dəstəyə görə Kişinyov şəhərinin Rışkanovka sektorunun rəhbəri Mixail Furkulitsaya səmimi təşəkkürünü də bildirib.

Bənzər Xəbərlər

Gündəm

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Zəfər Günü ilə bağlı Bəyanat yayıb

Noyabr 4, 2026
Gündəm

Cavanşir Feyziyev: “Paşinyan Ermənistan tarixində hakimiyyətdə olan ən ağıllı liderdir”

Noyabr 4, 2026
Gündəm

Əli Kərimlinin məhkəməsi başlayıb

Noyabr 3, 2026
Gündəm

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

Noyabr 1, 2026
Gündəm

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

Oktyabr 30, 2026
Gündəm

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

Oktyabr 30, 2026

XƏBƏR LENTİ

Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib

05 Noyabr, 26 / 21:47

“ASAN xidmət”in və BMT-nin sammitində liderlik və regional idarəetmə həlləri diqqət mərkəzindədir

05 Noyabr, 26 / 19:23

MMU-da keçirilən Respublika Elmi-Praktik Konfransı yekunlaşıb

05 Noyabr, 26 / 18:37

“ASAN xidmət” və BMT gələcəyin idarəetmə modellərini müzakirə edir

05 Noyabr, 26 / 18:22

Bakıda güclü külək əsir

05 Noyabr, 26 / 17:33

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

05 Noyabr, 26 / 17:28

Prezident məşhur aparıcıları təltif etdi

05 Noyabr, 26 / 17:16

Prezident sərəncam imzaladı

05 Noyabr, 26 / 17:10

KTMT-də iştirak etməkdə maraqlı deyilik – Paşinyan

05 Noyabr, 26 / 17:03

Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM

05 Noyabr, 26 / 16:49

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.