Manşet

Asif Nərimanlı: 60 günlük müddətdə proseslərin razılaşma çərçivəsində davam edib-etməməsi sual altındadır

18 İyun 2026, 17:104
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“ABŞ və İranın imzaladığı anlaşma memorandumunun mətni Tehranın qələbəsi hesab olunur. Bu, təkcə İran rejiminin propaqandası deyil, memorandum ən azı nəzəri olaraq, ABŞ-ın “geri çəkilməsi” olaraq qiymətləndirilə bilər”.

Zefer.media xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı deyib.

O qeyd edib:

“1. ABŞ İran kampaniyasında əsas hədəfinə – rejimin dəyişdirilməsinə nail ola bilmədi, əksinə devirmək istədiyi qüvvələrlə masada razılaşır: rejim nəinki dözdü, hətta tələblərinin əks olunduğu anlaşmaya da nail oldu;
2. İranın Hörmüz boğazı üzərində nəzarət hədəfi memorandumda əksini tapır, bunun praktiki olaraq, baş tutması sual altında olsa da (boğazla bağlı məsələdə Vaşinqtonun fərqli taktikaya əl atdığı görünür);
3. İran “nüvə silahı əldə etməyəcəyi” öhdəliyini götürsə də, “nüvə ehtiyaclarını” məsələsini açıq saxlayır və bu, yekun razılaşmada əksini tapmalıdır;
4. İran bütün sanksiyaların aradan qaldırılması, gələcəkdə yenilərinin tətbiq edilməməsinə nail olur;
5. İranın Hizbullahla bağlı tələbi də memorandumda əks olunur və bu, Tehran üçün əsas nəticələrdən biridir;
6. Memorandumda proksi qüvvələrə dəstək və raket proqramı məsələsinin yer almaması da Tehranın mövqeyindən mühüm nəticədir.

Bu kontekstdə İranın “qələbə elanı” memorandum mətninə əsaslanır. ABŞ-ın qazancı zənginləşdirilmiş uranın durulaşdırılması, nüvə silahının əldə edilməməsidir”.

Asif Nərimanlı Zefer.media

Siyasi şərhçi vurğulayıb ki, Vaşinqtonun anlaşma ilə nüvə proqramı da daxil olmaqla İran üzərində nəzarət imkanı əldə etməsi perspektivini proqnozlaşdırmaq mümkündür:

“Lakin buna nail olub-olmayacağı hadisələrin inkişafından asılı olacaq, hazırda isə memorandum Tehran maraqları üçün daha məqbuldur.

Ümumilikdə anlaşma memorandumunun yekun razılaşmaya çevrilib-çevrilməməsi, 60 günlük müddətdə proseslərin razılaşma çərçivəsində davam edib-etməməsi sual altındadır”.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600