• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.8° Weather Columbus
$
1.7
€
1.9741
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Siyasi şərhçi: 60 günlük atəşkəsin növbəti hərbi kampaniyaya keçid dövrü olacağı istisna deyil

17 İyun, 26 / 16:56
A A

19 iyunda Cenevrədə imzalanması gözlənilən ABŞ-İran anlaşma memorandumu ətrafında mübahisəli vəziyyət davam edir. Sənədin tam mətninin həmin gün ABŞ Prezidenti Donald Tramp tərəfindən açıqlanacağı gözlənilir.

Siyasi şərhçi Asif Nərimanlı Zefer.media-ya açıqlaması zamanı bildirib ki, memorandum mətni rəsmi olaraq açıqlanmayıb, lakin mediada yayılan məlumatlar və hər iki tərfdən verilən açıqlamalar ümumi mənzərə ilə bağlı təsəvvürlər formalaşdırır:

“Tərəflər 60 günlük atəşkəs əldə edir. Bu müddətdə Tehran Hörmüz boğazını açır, Vaşinqton dəniz blokadasını qaldırır, eləcə də sanksiyalar ləğv edilənə qədər ABŞ Maliyyə Nazirliyi İranın neft, neft-kimya, bankçılıq və digər sektorları üçün lisenziyaların verilməsini təmin edir. 60 gün ərzində tərəflər yekun razılaşma üzərində işləyəcəklər, lakin finişə çatmaq bu perioddakı addımlardan asılıdır. Misal üçün, yekun razılaşmaya çatana qədər ABŞ İran aktivlərinin sərbəst buraxılmasına başlamalı, İranın nüvə proqramı ilə bağlı tələblər razılaşdırılmalı və s”.

Siyasi ekspert qeyd edib ki, mediada təqdim olunan memorandum mətninin detalları tərəflərin qarşılıqlı inamsızlığını əks etdirir, bir neçə sual yaradır:

“Məsələn, memorandum imzalandıqdan sonra anlaşmanın praktiki icrası mümkün olacaq mı, tərəflər yekun razılaşma əldə edə biləcəklər mi?

Mövcud ziddiyyətlər, strateji maraqlar və bölgədəki vəziyyət bunun mümkünlüyünə şübhələr yaradır.

Birincisi, İsrail amilidir;

Memorandumda İranın əsas şərtlərindən biri atəşkəsin Livana da aid edilməsi, Hizbullaha qarşı əməliyyatların dayandırılmasıdır. Hətta Araqçı anlaşmanın ABŞ-İsrail və İran-Hizbullah arasında olduğunu elan etməklə “qırmızı xətti” göstərdi. İranla mümkün anlaşmaya qarşı olan İsrail isə bunu qəbul etmək niyyətində deyil: Təl-Əviv Livanı anlaşmadan kənarlaşdırmaqla Hizbullahı tamamilə sıradan çıxarmaq fürsətindən yararlanmaq istəyir, eyni zamanda, bu məsələyə Tehran-Vaşinqton anlaşmasının yekunlaşmamasının yeganə yolu kimi görür;

Mümkündür ki, İsrail ABŞ-ın təzyiqi qarşısında atəşkəsə Livanın daxil edilməsini qəbul edə bilər, lakin yekun razılaşmanı sabotaj etmək üçün 60 gün ərzində Hizbullaha qarşı əməliyyatları bərpa edəcəyi riski yüksəkdir.

İkincisi, Hörmüz boğazının gələciyidir;

Memorandumda boğazın 60 gün ərzində açılması qeyd olunsa da, yekun razılaşmada bunun necə əks olunacağı ziddiyyətlidir. İran müddət başa çatdıqdan sonra Omanla birlikdə boğaza nəzarət mexanizmlərini işə salmaq niyyətini gizlətmir. Müharibəni Hörmüzə nəzarət fürsəti olaraq görən mühafizəkarların da bu imkandan asanlıqla imtina edəcəkləri gözləntisi azdır.

Üçüncüsü, nüvə proqramıdır;

Zənginləşdirilmiş uranın durulaşdırılması üzərində razılaşma haqda məlumatlar olsa da, İranın nüvə proqramından tamamilə imtina edəcəyi ehtimalı zəifdir. ABŞ İranın mülki nüvə hüququnu özünün nəzarət etməsi şərti ilə qəbul edə bilər, lakin mühafizəkarlar bunu “təslim aktı” olaraq görürlər, digər tərəfdən, Tehranın nüvə potensialına çıxışa nə qədər imkan yaradacağı sual altındadır. Məsələ yekun razılaşmaya qədər müzakirə mərhələsində olacaq və tərəflər – ABŞ da, İran da 60 günlük müddətdə nüvə ilə bağlı daha çox güzəşt əldə edə biləcəyinə ümid edir”.

Tərəflərin yekun razılaşma, yoxsa zaman qazanmaq istəməsi ilə əlaqədar da danışan Asif Nərimanlı deyib ki, atəşkəs düyünlənmiş mövcud vəziyyətdən çıxmaq üçün hər iki tərəfə lazımlıdır:

“ABŞ isə İran kampaniyasında müəyyən nəticəni elan etmək və qlobal bazarı sabitləşdirmək baxımından daha maraqlı görünür. Yekun razılaşma istədiyi kimi baş tutarsa, Vaşinqton geosiyasi planlarında ciddi irəliləyiş əldə edə bilər, lakin minimal qazanc yaxın dövrdə vəziyyətə nəzarəti bərpa etmək kimi görünür. Davam etməsi və məntiqi sonluğa çatması çətin görünən 60 günlük atəşkəsin növbəti hərbi kampaniyaya keçid dövrü olacağı da istisna deyil”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Wezîrê Karên Derva Hakan Fidan di çarçoveya ziyareta Rûsyayê da li Moskovayê bi Sekreterê Konseya Ewlekariya Rûsyayê Sergey Şoygu ra hevdîtin kir. ( Mustafa Hatipoğlu - Anadolu Agency )
Dünya

Rusiya: Qərbin müdaxiləsi 2022-ci ildə imzalanmış İstanbul Ukrayna ilə bağlı razılaşmanı pozub

İyun 17, 2026
Dünya

Merz: “ABŞ-İran razılaşması böyük uğurdur”

İyun 17, 2026
Cəmiyyət

Flora Kərimovadan Mehriban Əliyevaya təşəkkür

İyun 17, 2026
Cəmiyyət

"Sədərək"də tez-tez yanğın baş verməsinin səbəbləri - AÇIQLAMA 

İyun 17, 2026
Dünya

İsrail Nazirlər Kabinetinin naziri: “Türkiyə-Qətər-Pakistan oxu narahatedicidir”

İyun 17, 2026
Dünya

Hakan Fidan Sergey Şoyqu ilə görüşüb

İyun 17, 2026

XƏBƏR LENTİ

Bakı-Şımkent reysi Avropa istiqamətlərinə çıxışı genişləndirir

17 İyun, 26 / 17:36

Xameneyi vida mərasimi üçün İraqa aparılacaq

17 İyun, 26 / 17:30
Wezîrê Karên Derva Hakan Fidan di çarçoveya ziyareta Rûsyayê da li Moskovayê bi Sekreterê Konseya Ewlekariya Rûsyayê Sergey Şoygu ra hevdîtin kir. ( Mustafa Hatipoğlu - Anadolu Agency )

Rusiya: Qərbin müdaxiləsi 2022-ci ildə imzalanmış İstanbul Ukrayna ilə bağlı razılaşmanı pozub

17 İyun, 26 / 17:27

Merz: “ABŞ-İran razılaşması böyük uğurdur”

17 İyun, 26 / 17:14

Siyasi şərhçi: 60 günlük atəşkəsin növbəti hərbi kampaniyaya keçid dövrü olacağı istisna deyil

17 İyun, 26 / 16:56

Çalışdığınız şirkətdə pay sahibi olma imkanı qazana biləcəksiniz

17 İyun, 26 / 16:44

Flora Kərimovadan Mehriban Əliyevaya təşəkkür

17 İyun, 26 / 16:42

“İranla razılaşmanın alternativi qlobal böhrandır”

17 İyun, 26 / 16:36

İslamabad ABŞ-İran sazişinə dəstək mesajları ilə bəzədilib

17 İyun, 26 / 16:28

ABŞ Hörmüz boğazında ödənişli “VIP keçid” imkanını müzakirə edir

17 İyun, 26 / 15:00

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.