• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9609
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

"Sədərək"də tez-tez yanğın baş verməsinin səbəbləri - AÇIQLAMA 

17 İyun, 26 / 14:38
A A

Bakının Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzində tez-tez yanğın hadisəsinin baş verməsi ilə əlaqədar xəbərlər eşidirik. Ötən günlərdə də yenə “Sədərək”də qapalı korpuslardan birində yüksək gərginlikli elektrik xətlərində qəfil partlayışlar baş verib.

Belə xoşagəlməz hadisələrin mütəmadi yaşanması bir çox suallara gətirib çıxarır. Yanğınların əsas səbəbi nədir? Həmin problem zaman-zaman olur, niyə doğru qaydada həll edilmir? və s.

Təhlükəsizlik eksperti Samir Nəbiyev Zefer.media-ya açıqlamasında vurğulayıb ki, ümumiyyətlə, “Sədərək” Ticarət Mərkəzi, 8-ci kilometr(Bakı şəhərinin Nizami rayonunda yerləşən məşhur yaşayış massivi) və digər iri ticarət bazarlarında yanğınların çox baş verməsinin səbəbləri müxtəlifdir:

“Bunlara daxildir: Köhnə və normativlərə uyğun gəlməyən elektrik şəbəkələri, həddindən artıq yüklənmə, qeyri-qanuni elektrik xətləri(hər bir dükan özü üçün ayrı naqilləşmə həyata keçirir), keyfiyyətsiz uzadıcı və birləşdiricilər, habelə nasaz elektrik avadanlıqları və həmin ərazilərdə yüksək yanğın yükünün mövcudluğu.

Onun da qeyd edim ki, tekstil, plastik, məişət əşyaları, mebel, fərqli-fərqli materiallar, kimyəvi məhsullar və tez alışan maddələrin çoxluğu da mühüm səbəblərdənir. Ləvazimatların sıx və normadan çox yığılması, ticarət yerlərinin öz başına genişləndirilməsi, hansı ki təxliyə yolları məhsullarla tutulması amilləri yol verilən ciddi səhvlərdəndir. Sadalanan nüanslar yanğınsöndürən avtomobillərinin daxil olmasını çətinləşdirir. O cümlədən yanğın aşkarlama və söndürmə sistemlərinin yoxluğu, ya da işlək vəziyyətdə olmaması da yanğınların mənbəyidir. Hansı ki, avtomatik siqnalizasiya, sprinkler sistemləri  quraşdırılmalı, yanğın kranları və s. kimi bütün zəruri avadanlıqlar təmin edilməlidir”.

Ekspert diqqətə çatdırıb ki, həmçinin insan amilini də nəzərdən qaçırmaq olmaz:

“Siqaret çəkmək üçün xüsusi yerlərin ayrılması ya da ayrılmaması nəticəsində də yaşanır. Bu həm yanğın təhlükəsizliyindən, həm də yanar siqaretin düzgün söndürülmədən kənara atılması nəticəsində baş verir. Habelə sabotaj halları da ola bilər. Sözügedən mənfi halların qarşısını almaq üçün təkrar edirəm yanğın aşkarlama sistemləri, davamlı nəzarət kameralarının izlənilməsi, müntəzəm qaydada ərazilərə baxış keçirilməsi vacibdir, əsasdır”.

Müsahibimiz sonda əlavə edib ki, iri ticarət obyektlərində yanğın təhlükəsizliyi yalnız hadisə baş verdikdən sonra gündəmə gəlməməlidir. Onun fikrincə, əsas məsələ qabaqlayıcı tədbirlərin vaxtında, sistemli və ciddi şəkildə həyata keçirilməsidir.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Cəmiyyət

Qeyri-çimərlik ərazilərdə batanların sayı açıqlanıb

Avqust 3, 2026
Hadisə

Üç nəfər dənizdə batıb – AZTV-nin əməkdaşının bacı və qardaşlarıdır

Avqust 3, 2026
Cəmiyyət

Bakının bu qəsəbəsində su olmayacaq

Avqust 3, 2026
Siyasət

Prezidentdən 3 fərman

Avqust 3, 2026
Siyasət

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Avqust 3, 2026
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

Avqust 3, 2026

XƏBƏR LENTİ

Qeyri-çimərlik ərazilərdə batanların sayı açıqlanıb

03 Avqust, 26 / 16:05

Bu ölkədə miqrant böhranı: on minlərlə insan Mərakeşə qaytarılıb

03 Avqust, 26 / 16:00

Üç nəfər dənizdə batıb – AZTV-nin əməkdaşının bacı və qardaşlarıdır

03 Avqust, 26 / 15:56

Ruben Rubinyan Ermənistan parlamentinin yeni sədri seçilib

03 Avqust, 26 / 15:51

Bakının bu qəsəbəsində su olmayacaq

03 Avqust, 26 / 14:01

Prezidentdən 3 fərman

03 Avqust, 26 / 13:59

Azərbaycan XİN Pakistana başsağlığı verdi

03 Avqust, 26 / 13:53

Sabahın hava proqnozu açıqlanıb

03 Avqust, 26 / 13:51

Türkiyə və İran regional təhlükəsizliyi müzakirə edib

03 Avqust, 26 / 13:34

Rusiya Azov dənizində gəmi təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görür

03 Avqust, 26 / 13:31

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.