Cəmiyyət

DSMF 937 milyon manat müavinət və təqaüd ödəyib

17 İyun 2026, 13:191
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-may aylarında 1 mln. 21 min şəxsə 937 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.

Zefer.media xəbər verir ki, onlardan 505 min nəfərə dövlət büdcəsi hesabına müavinət olaraq 529 milyon manat, 407 min nəfərə Prezident təqaüdü olaraq 339 milyon manat, 109 min nəfərə isə sosial sığorta hesabına müavinət olaraq 69 milyon manat ödəniş edilib.

Ödənilən vəsait keçən ilin müvafiq dövrünə nisbətən dövlət büdcəsi hesabına müavinətlər üzrə 15 faiz, təqaüdlər üzrə isə 17 faiz çox olub.

Yanvar-may aylarında daha 64 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 944 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600