Cəmiyyət

15 iyun – Çingiz Mustafayevin anım günüdür

15 İyun 2026, 12:035
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub. Əslən Şəkidəndir.

Zefer.media xəbər verir ki, Çingiz Mustafayevin əsasını qoyduğu “215 kl” studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. 1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində “Dünənki keçdi” rep janrlı mahnını səsləndirib.

Cəsur Vətən oğlunun Xocalı soyqırımı haqda çəkdiyi filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qalıb.

O, 1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olaraq şəhadətə yüksəlib.

Çox gənc igidimizi örnək götürərək jurnalistikaya qədəm basır. Allah rəhmət eləsin!

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600