Cəmiyyət

Azərbaycan vətəndaşları Gürcüstandan deport edilib

9 İyun 2026, 14:540
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil 84 əcnəbi ölkədən deportasiya edib.

Zefer.media Axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında açıqlama verilib.

Məlumata görə, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Türkiyə, Türkmənistan, Hindistan, Çin, Misir, Azərbaycan, Keniya, Rusiya, Nigeriya, İraq, Kuba, Livan, Pakistan, CAR, Somali və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıblar.

Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600