Siyasət

Tokayevin Paşinyana təbriki Kremlə mesajdır – Elxan Şahinoğlu

9 İyun 2026, 12:424
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanı rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasını parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Zefer.media xəbər verir ki, politoloq Elxan Şahinoğlu bu təbrikin Tokayevin həm də Kremlə mesajı olduğunu diqqətə çatdırıb.

Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və onu ətrafı bir müddətdir Nikol Paşinyanı “Ermənistanı Avrasiya İqtisadi İttifaqından çıxararıq” açıqlamasıyla hədələyirlər:

“Rusiya rəsmiləri sözügedən hədəni səsləndirərkən, İttifaqın digər üzvlərinin, o cümlədən Qazaxıstanın rəyini nəzərə almırlar. Halbuki, Qazaxıstanın heç bir rəsmisi Paşinyanın ünvanına “Ermənistan Avropa İttifaqı ilə interqasiya siyasətindən imtina etməsə Avrasiya İqtisadi İttifaqından çıxarılacaq” açıqlamasını səsləndirməyib. Putin Paşinyanı hələ təbrik etməyib, əksinə Rusiya rəsmiləri seçkidə pozuntular barədə müxtəlif iddialar irəli sürüblər. Tokayev isə bunların fonunda Paşinyanı təbrik etməklə yanaşı ona Ermənistanın uzunmüddətli milli maraqları naminə işində uğurlar arzulayıb”.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600