• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.5° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

“Ermənistan gələcəyi Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması, Türkiyə ilə sərhədlərin açılmasından asılıdır”

08 İyun, 26 / 12:54
A A

“Seçkidə səs çoxluğu qazanan Paşinyanın partiyasının əsas qələbəsi hökuməti təkbaşına formalaşdıra biləcək mandat sayı əldə etməsidir. Həm daxili qüvvələrin, həm də onları dəstəkləyən xarici oyunçuların planlarında ən həlledici məqam da məhz bu idi”.

Zefer.media xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, hakimiyəti dəyişməyin mümkün olmayacağını anlayan müxalifət – Rusiya Paşinyana hökuməti təkbaşına formalaşdırmağa imkan verməmək, seçkidən sonra siyasi təzyiq rıçaqlarını gücləndirmək istəyirdi:

“Fərqli nəticə – Paşinyanın hökuməti təkbaşına qurmaq imkanı regionda və Ermənistan daxilində hadisələrin inkişaf istiqamətini müəyyənləşdirir.

Hakimiyyət müxalifətə qarşı hüquqi resurslarını gücləndirəcək. Paşinyan artıq Koçaryan və Samvel Karapetyanın həbs edilməsi anonsunu verib, hər iki şəxslə bağlı məhkəmə prosesinin sürətlənəcəyi, seçicilərə rüşvətin verilməsi, saxtalaşdırılma cəhdləri ilə bağlı ittihamların da irəli sürüləcəyi gözləniləndir”.

Asif Nərimanlı vurğulayıb ki, seçkidə əsas məqamlardan biri Ermənistanda “ana müxalifət”in Koçaryandan Karapetyana keçməsidir:

“Bu, hakimiyyətə qarşı əlavə təsir rıçağı olmasa da, “sima” dəyişikliyi müxalifətin cəmiyyətdə etibarını gücləndirmək və siyasi gələcək baxımından irəliyə doğru addım hesab oluna bilər. İndiyə qədər “ana müxalifət”in Koçaryan olması həm cəmiyyətdə Paşinyanın opponentlərinin etibarını zəiflədir, həm də hakimiyyətin anti-təbliğat imkanlarını genişləndirirdi. Vizual dəyişiklik müxalifət cəbhəsi üçün müsbət nəticədir. Karapetyanın Rusiya ilə yanaşı, Qərblə də əlaqələrə malik olması, erməni disporu və kilsənin də dəstəyini alması onu Koçaryandan daha güclü mövqeyə çıxarır. Bu kontekstdə Rusiyanın seçkidə iki minimal nəticə əldə etidiyini düşünmək olar.

1. “Sima dəyişikliyi” ilə dəstəklədiyi müxalifətə inamı və öz reputasiyasını müəyyən qədər də olsa bərpa edə bilər;
2. Karapetyanla Koçaryanın “parlament ittifaqı”nı formalaşdıra, mövqelərini gücləndirə bilər: ötən parlamentdə Sarkisyanın Koçaryanla anlaşa bilməməsi qüvvələri parçalamışdı”.

Siyasi şərhçi əlavə edib ki, bölgədə isə güc balansının Rusiyanın əleyhinə dəyişməsi sürətləcək, lakin geosiyasi təsir baxımından, Qərbin – ABŞ və Avropa İttifaqının rolu artsa da, regional müstəvidə Bakı və Ankaranın rolu daha həlledici görünür:

“Çünki regional oyunçular dəyişsə belə, coğrafi reallıqlar və Paşinyanın bu reallığa əsaslanan siyasəti fonunda Ermənistan gələcəyi Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması, Türkiyə ilə sərhədlərin açılmasından asılıdır. Hadisələrin bu istiqamətdə inkişafı Ermənistana Rusiyanın güclü təzyiq yaradan iqtisadi təzyiqindən xilas olmaq perspektivi yaradır. Bu perspektivlərin möhkəmlənməsinə qədər zamana ehtiyacı olan Paşinyan hakimiyyəti Rusiya ilə qarşıdurmadan çəkinəcək”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Cəmiyyət

“Gənclik və dəyərlər” layihəsi başlayır

İyun 13, 2026
Cəmiyyət

Gələcəyi riskə atan problem: Uşaqlarda ekran asılılığı - AÇIQLAMA 

İyun 12, 2026
Dünya

ABŞ-İran memorandumu nə zaman imzalanacaq?

İyun 12, 2026
Cəmiyyət

Sabah Bakıda temperatur 35 dərəcəyə yüksələcək

İyun 12, 2026
Dünya

“İran Qətər vasitəsilə ABŞ-yə razılaşma layihəsini təqdim edib”

İyun 12, 2026
Dünya

Ərdoğan Paşinyanı seçkilərdə qələbə qazanması münasibətilə təbrik etdi

İyun 11, 2026

XƏBƏR LENTİ

“Gənclik və dəyərlər” layihəsi başlayır

13 İyun, 26 / 11:27

HDQ-də döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

12 İyun, 26 / 21:57

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

12 İyun, 26 / 21:43

TƏBİB vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

12 İyun, 26 / 21:32

Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan XİN arasında mədəni irsin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb

12 İyun, 26 / 21:27

Kürdəmirdə 28 yaşlı gənc kanalda boğularaq ölüb

12 İyun, 26 / 18:09

Cenevrə “planı” havada qaldı: İran imza xəbərlərini təkzib etdi 

12 İyun, 26 / 18:06

ABŞ ilə anlaşmanın detalları Xameneiyə təqdim edilib

12 İyun, 26 / 17:54

Gələcəyi riskə atan problem: Uşaqlarda ekran asılılığı - AÇIQLAMA 

12 İyun, 26 / 17:47

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

12 İyun, 26 / 17:18

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.