• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.5° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir

08 İyun, 26 / 12:48
A A

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə yeni cərimələr müəyyənləşdiriləcək.

Zefer.media Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-4.13-cü maddəsində qeyd edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə və ya təqdim edilməsi müddətinin pozulmasına, yaxud natamam və ya təhrif edilmiş məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər 6000 manatdan 7000 manatadək məbləğdə, hüquqi şəxslər 15 min manatdan 20 min manat manatdək məbləğdə cərimə ediləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi sorğuların yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi tərəfindən 5 iş günü ərzində cavablandırılmamasına, yaxud natamam və ya təhrif edilmiş məlumatların təqdim edilməsinə görə vəzifəli şəxslər 7000 manatdan 8000 manatadək məbləğdə, hüquqi şəxslər 25 min manatdan 30 min manatdək məbləğdə cərimə ediləcək.

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından təhlükəsiz istifadə ilə bağlı tələblərin pozulmasına, yəni:

fərdi rəqəmsal hesabın yaradılması zamanı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-4.2-ci və 13-4.4-cü maddələrində müəyyən edilmiş texniki üsulların tətbiq edilməməsinə və ya həmin Qanunun 13-4.2 – 13-4.5-ci maddələrinin tələbləri pozulmaqla tətbiq edilməsinə;

16-18 yaş arası istifadəçilərin fərdi rəqəmsal hesablarına münasibətdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-4.11-ci maddəsində göstərilən texniki və təhlükəsizlik tədbirlərinin təmin edilməməsinə;

16-18 yaş arası istifadəçilərin həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həllərin tətbiq olunmamasına, yaxud zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saat ərzində yayılmasının qarşısının alınmamasına;

toplanılmış fərdi məlumatların sosial şəbəkə platformaları provayderlərinin informasiya sistemində saxlanılmasına, həmin məlumatların üçüncü şəxslərə ötürülməsinə və ya fərdi məlumatlardan yaşın yoxlanılması məqsədi istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə edilməsinə;

fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında silinməsinin təmin edilməməsinə görə vəzifəli şəxslər 8000 manatdan 9000 manatadək məbləğdə, hüquqi şəxslər 35 min manatdan 40 min manatadək məbləğdə cərimə ediləcək.

Yuxarıdakı nəzərdə tutulmuş bütün xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 9000 manatdan 10 min manatadək məbləğdə, hüquqi şəxslər 45 min manatdan 50 min manatadək məbləğdə cərimə ediləcək.

Bənzər Xəbərlər

Cəmiyyət

“Gənclik və dəyərlər” layihəsi başlayır

İyun 13, 2026
Cəmiyyət

TƏBİB vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

İyun 12, 2026
Cəmiyyət

Kürdəmirdə 28 yaşlı gənc kanalda boğularaq ölüb

İyun 12, 2026
Cəmiyyət

Gələcəyi riskə atan problem: Uşaqlarda ekran asılılığı - AÇIQLAMA 

İyun 12, 2026
Cəmiyyət

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

İyun 12, 2026
Cəmiyyət

Bakı metrosu ilə bağlı yeni xəbər

İyun 12, 2026

XƏBƏR LENTİ

“Gənclik və dəyərlər” layihəsi başlayır

13 İyun, 26 / 11:27

HDQ-də döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

12 İyun, 26 / 21:57

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

12 İyun, 26 / 21:43

TƏBİB vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

12 İyun, 26 / 21:32

Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan XİN arasında mədəni irsin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb

12 İyun, 26 / 21:27

Kürdəmirdə 28 yaşlı gənc kanalda boğularaq ölüb

12 İyun, 26 / 18:09

Cenevrə “planı” havada qaldı: İran imza xəbərlərini təkzib etdi 

12 İyun, 26 / 18:06

ABŞ ilə anlaşmanın detalları Xameneiyə təqdim edilib

12 İyun, 26 / 17:54

Gələcəyi riskə atan problem: Uşaqlarda ekran asılılığı - AÇIQLAMA 

12 İyun, 26 / 17:47

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

12 İyun, 26 / 17:18

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.