• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
29.1° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Kreml əlindən gələni edir ki, seçkidə Paşinyanın partiyası məğlub olsun - Elxan Şahinoğlu

05 İyun, 26 / 14:21
A A

“Rusiya Ukraynaya qarşı işğalçı müharibə aparmaqla yanaşı Cənubi Qafqaz və Mərkəzi Asiyanı da “unutmamağa” çalışır”.

Zefer.media xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

“Kreml əlindən gələni edir ki, bazar günü Ermənistanda keçirilən parlament seçkisində baş nazir Nikol Paşinyanın partiyası məğlub olsun. Rusiyanın son bir ayda Ermənistan hökumətinə təzyiqi artıb, kənd təsərrüfatı məhsullarının girişinə qadağa qoyulub, Kreml İrəvanı qazın qiymətini artırmaqla hədələyir. Bu təzyiqlərə baxmayaraq, Ermənistanda keçirilən sorğular Paşinyanın qələbə qazanacağını göstərir”, – deyə o qeyd edib.

Elxan Şahinoğlu vurğulayıb ki, Kremlin Əfqanıstana da diqqəti artıb:

“Kreml Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı ilə hərbi-texniki əməkdaşlıq sazişi imzalayıb. Sazişi Rusiya tərəfdən Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Əfqanıstan tərəfdən isə bu ölkənin müdafiə naziri Məhəmməd Yaqub imzalayıb. Məhəmməd Yaqub Talibanın qurucusu Molla Ömərin oğludur. Bu sənəd Moskva vilayətində keçirilən beynəlxalq təhlükəsizlik forumunda imzalanıb. Maraqlıdır ki, Taliban hərəkatı son illərə qədər Rusiyanın terrorçular siyahısında idi. Rusiyanın Ali Məhkəməsi 2025-ci ildə qərar verərək, Talibanın Rusiya ərazisində terror təşkilatı kimi qadağan olunması barədə qərarın icrasını dayandırıb.

Taliban Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlığa maraq göstərir. Moskva ilə Taliban arasında əldə olunan razılaşmaya görə, Rusiya Əfqanıstana silah tədarükü həyata keçirəcək. Bundan başqa Talibanın yatırımlara və birgə iqtisadi layihələrin icrasına ehtiyacı var. Vaxtilə Pakistan və İranda sığınacaq tapan milyonlarla əfqan zorla ölkələrinə göndərilib və bu kasıb Əfqanıstanın vəziyyətini daha da ağırlaşdırıb. Digər tərəfdən Talibanla Pakistan arasında münasibətlər gərgindir, sərhəddə tez-tez toquşmalar baş verir, bu zaman hər iki tərəf itki verir. Belə vəziyyətdə Talibanın daha çox tərəfdaşa ehtiyacı var. Kreml Əfqanlstanla Pakistan arasında tərəf tutmasa da, Talibanla imzalanan hərbi əməkdaşlıq sazişin İslamabadın narahatlığına səbəb olub”.

O diqqətə çatdırıb ki, Moskva Talibanla əməkdaşlığı genişləndirməyə hazırdır.

“Rusiya hakimiyyətinin Talibanla əməkdaşlığı genişləndirməkdə məqsədi Qərb ölkələrinin Əfqanıstanda mövqelərinin güclənməsini əngəlləməkdir. Çin sözdə Rusiyanın tərəfdaşı olsa da, Kreml Pekinin də Əfqanıstanda mövqelərinin güclənməsindən narahatdır. Çin Əfqanıstanın yeraltı zənginliklərindən faydalanmağa çalışır. Çin və Rusiya Mərkəzi Asiyada rəqibdirlər. Kreml Əfqanıstanı da rəqabətdə Pekinə uduzmaq istəmir. Kreml Kabili önəmli bir məsələdə də dəstəkləyir. Sergey Şoyqu Qərb ölkələrini Əfqanıstanın dondurulmuş aktivlərini açmağa və ölkənin bərpasına maliyyə dəstəyi verməyə çağırıb. Qərbin bu çağırışa müsbət reakssiya verəcəyi çətindir”– Politoloq əlavə edib.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Cəmiyyət

“Gənclik və dəyərlər” layihəsi başlayır

İyun 13, 2026
Cəmiyyət

Gələcəyi riskə atan problem: Uşaqlarda ekran asılılığı - AÇIQLAMA 

İyun 12, 2026
Dünya

ABŞ-İran memorandumu nə zaman imzalanacaq?

İyun 12, 2026
Cəmiyyət

Sabah Bakıda temperatur 35 dərəcəyə yüksələcək

İyun 12, 2026
Dünya

“İran Qətər vasitəsilə ABŞ-yə razılaşma layihəsini təqdim edib”

İyun 12, 2026
Dünya

Ərdoğan Paşinyanı seçkilərdə qələbə qazanması münasibətilə təbrik etdi

İyun 11, 2026

XƏBƏR LENTİ

“Gənclik və dəyərlər” layihəsi başlayır

13 İyun, 26 / 11:27

HDQ-də döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

12 İyun, 26 / 21:57

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

12 İyun, 26 / 21:43

TƏBİB vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

12 İyun, 26 / 21:32

Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan XİN arasında mədəni irsin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb

12 İyun, 26 / 21:27

Kürdəmirdə 28 yaşlı gənc kanalda boğularaq ölüb

12 İyun, 26 / 18:09

Cenevrə “planı” havada qaldı: İran imza xəbərlərini təkzib etdi 

12 İyun, 26 / 18:06

ABŞ ilə anlaşmanın detalları Xameneiyə təqdim edilib

12 İyun, 26 / 17:54

Gələcəyi riskə atan problem: Uşaqlarda ekran asılılığı - AÇIQLAMA 

12 İyun, 26 / 17:47

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

12 İyun, 26 / 17:18

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.