İdman

Yeniyetmə cüdoçularımız Avropa çempionatına Şamaxıda hazırlaşır

5 İyun 2026, 13:241
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycanın yeniyetmə oğlanlardan ibarət cüdo millisi Avropa çempionatına hazırlığı Şamaxıda davam etdirir.

Bu barədə Zefer.media-ya Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Təlim-məşq toplanışına yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik edir. Gündə iki dəfə məşq edən cüdoçular fiziki hazırlıqla yanaşı, texniki və taktiki bacarıqların təkmilləşdirilməsi istiqamətində də intensiv çalışmalar aparırlar.

Qeyd edək ki, yeniyetmələr arasında Avropa çempionatı iyunun 29-dan iyulun 2-dək İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçiriləcək.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600