• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
29.9° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ölməz şair Mikayıl Müşfiqin doğum günüdür

05 İyun, 26 / 12:10
A A

Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.

Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb.

Zefer.media xəbər verir ki, atası Mirzə Əbdülqadir İsmayılzadə (Vüsaqi) dövrünün tanınmış ziyalılarından biri olub. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul idi və şeirlər yazıb.

Hələ uşaq ikən valideynlərini itirən Müşfiq yaxın qohumlarının himayəsində böyüyüb.

Müşfiqin böyüyüb boya-başa çatmasında, şair kimi yetişməsində nənəsi Qızqayıt xanım böyük rol oynayıb. Nənəsinin söylədiyi nağıllar, atalar sözləri, bayatılar gələcək şairin zəngin xalq yaradıcılığı ilə tanış olmasında çox əhəmiyyətli olub.

İstedadlı şair çox gənc yaşlarından yaradıcılıq fəaliyyətinə başlayıb, həyatını, taleyini şeirlə bağlamış və ömrünün sonuna kimi ondan ayrılmayıb. O, poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bu gün” şeiri ilə başlayıb və sonrakı illərdə dövri mətbuatda müntəzəm şəkildə çıxış edib. Yaradıcılığında bədii tərcümə də xüsusi yer tutub.

Mikayıl Müşfiqin Azərbaycan poeziyasının nadir incilərindən sayılan “Oxu, tar, oxu tar”, “Qal, sənə qurban”, “Sənin gülüşlərin”, “Maralım”, “Ana”, “Küləklər”, “Yenə o bağ olaydı” və digər şeirlərinə bəstələnən mahnılar dinləyici alqışını, rəğbətini qazanmış sənət əsərləridir.

1937-ci il repressiyaları Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli siması Mikayıl Müşfiqdən də yan keçmir. NKVD-nin 27 may 1937-ci ildə təhlükəsizlik kapitanı Çinmanın tərtib etdiyi arayışda qeyd olunub ki, “Mikayıl Müşfiq hal-hazırda “Müsavat gənclər təşkilatı ilə əlaqə saxlayıb, partiya və hökumətin ünvanına böhtanlar deməkdən çəkinmir”. Bundan əlavə arayışda Müşfiqin “Azərbaycanın öz azadlığı yoxdur, o, Rusiyanın koloniyasında yaşayır” kimi qızışdırıcı sözləri ilə xalqın arasında narazılıq yaratmaq istəyi iddia olunurdu.

Həbs edilmiş müttəhimlərin “könüllü” surətdə yazdığı izahatlar da nəzərə alınmış və müstəntiq tərəfindən hazırlanan həmin arayışa əsasən Mikayıl Müşfiqin adına iyunun 3-də 508 nömrəli order yazılmış, cümə günü, iyun ayının 4-də isə evində həbs edilib.

Gənc və cəsur şairi həbs edənlər və evində axtarış aparanlar Dövlət Təhlükəsizliyi İdarəsinin əməkdaşları M. Mustafayev, N. Petrunin və MİK-nin (Mərkəzi İcraiyyə Komitəsi) sədri Şevçenko idi. Axtarış zamanı Türkiyədə nəşr olunmuş 14 kitab, başqa nəşrdən olan 5 kitab, türk dilində 4 müxtəlif jurnal, 6 İran nəşri, 14 foto şəkil, pasport, hərbi bilet, əlyazmalar və digər əşyalar müsadirə olunub. Əlyazmaların içində Mirzə Qədir Visaqinin şeir divanı, opera librettoları, mənzum nağılları, müşfiqin yüzlərcə şeiri, türk-dram teatrının üçün işlədiyi mənzum dramın əlyazması, məktublar və Dilbər Axundzadənin “Dilbərnamə” yazılmış dəftəri də var idi. Müsadirə olunmuş əşyalar 13 oktyabr 1937-ci ildə yandırılıb.

Müşfiqin sonuncu istintaqı isə 27 noyabr 1937-ci ildə baş tutub. SSR Ali Məhkəməsi hərbi kollegiyasının səyyar sessiyası 5 yanvar 1938-ci ildə, çərşənbə günü güllələnmə qərarı çıxarıb. 1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin 20 dəqiqəlik məhkəmə iclası Müşfiq barəsində güllələnmə qərarı verib. Hökm yanvarın 6-da Nargin adasında yerinə yetirilib.

1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən Mikayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) ölümündən sonra bəraət alıb.

Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairimiz həmişə qəlbimizdə yaşayır və əsərləri sevilə-sevilə oxunur.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Cəmiyyət

“Gənclik və dəyərlər” layihəsi başlayır

İyun 13, 2026
Cəmiyyət

TƏBİB vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

İyun 12, 2026
Cəmiyyət

Kürdəmirdə 28 yaşlı gənc kanalda boğularaq ölüb

İyun 12, 2026
Cəmiyyət

Gələcəyi riskə atan problem: Uşaqlarda ekran asılılığı - AÇIQLAMA 

İyun 12, 2026
Cəmiyyət

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

İyun 12, 2026
Cəmiyyət

Bakı metrosu ilə bağlı yeni xəbər

İyun 12, 2026

XƏBƏR LENTİ

“Gənclik və dəyərlər” layihəsi başlayır

13 İyun, 26 / 11:27

HDQ-də döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

12 İyun, 26 / 21:57

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

12 İyun, 26 / 21:43

TƏBİB vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

12 İyun, 26 / 21:32

Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan XİN arasında mədəni irsin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb

12 İyun, 26 / 21:27

Kürdəmirdə 28 yaşlı gənc kanalda boğularaq ölüb

12 İyun, 26 / 18:09

Cenevrə “planı” havada qaldı: İran imza xəbərlərini təkzib etdi 

12 İyun, 26 / 18:06

ABŞ ilə anlaşmanın detalları Xameneiyə təqdim edilib

12 İyun, 26 / 17:54

Gələcəyi riskə atan problem: Uşaqlarda ekran asılılığı - AÇIQLAMA 

12 İyun, 26 / 17:47

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

12 İyun, 26 / 17:18

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.