• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.6° Weather Columbus
$
1.7
€
1.9591
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Mübarizənin qalibi SEPAH-dır, lakin “keşikçilər”in tam nəzarət etdiyi İranın radikal xətti ön plana çıxacaq - Asif Nərimanlı 

02 İyun, 26 / 14:54
A A

“Məsud Pezeşkianın SEPAH-ın ölkəyə tam nəzarəti ələ keçirməsi səbəbindən dini liderə istefa ərizəsi təqdim etdiyinə dair məlumat rəsmi şəkildə təkzib edilsə də, İrandakı mövcud vəziyyət fonunda bunun baş verdiyi ehtimalı yüksəkdir”.

Zefer.media xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə Əli Xameneinin öldürülməsindən sonra İran idarəetməsi böhranla üzləşib, xüsusilə SEPAH-ın bütün sferalarda qərarverici səlahiyyəti de-fakto ələ alması ziddiyyətləri dərinləşdirir.

“Bunu sızan məlumatlar və açıqlamalardan görmək mümkündür. Bu ziddiyyətlərin ortasında Pezeşkianın qalması da səbəbsiz deyil və məsələ təkcə onun daxili və xarici siyasətdə praqmatizmə yaxın loyal yanaşmasının radikal xətlə kəsişməsi deyil, ümumiyyətlə prezident postunda olmasıdır.

Pezeşkianın prezidentlik yolunun açılması Əli Xameneinin planı idi: azərbaycanlıların dəstəyini qazanmaq və etnik qruplara mərkəzi hakimiyyətə yüksəlmək imkanını göstərmək; daxili qarşıdurmada mühafizəkarlara “ağa”nın kim olduğu dərsini vermək və s. Radikal xətt Pezeşkianı əvvəldən süngü ilə qarşılayırdı, onun Xameneinin sağlığında istefa vermək istəyi də bundan qaynaqlanırdı. Lakin keçmiş dini liderin dövründə Pezeşkiana SEPAH-la mübarizə imkanları tanınsa da, indi vəziyyət daha mürəkkəbdir.

Yeni dini lider faktiki olaraq, “yoxa çıxıb”. Məlumatlara görə, Müctəba təlimatlarını kuryerlər vasitəsilə çatdırır. Ki bu, həm siyasi, hərbi və sosial-iqtisadi sferada qərar vermə mexanizmini axsadır, həm də dini liderin idarəetmədə iştirakını sual altına salır. Müctəbanı dini lider postuna gətirən SEPAH-ın ölkəyə tam nəzarəti ələ almasına şərait yaradan məqamlardan biri də budur. “Keşikçilər”in daha öncədən planlaşdırdıqları post-Xamenei dövründə nəzarəti tam ələ keçirmək prosesi müharibənin başlanması ilə sürətləndi. Bu vəziyyətdə işləmək Pezeşkian üçün çətindir”, – o qeyd edib.

Asif Nərimanlı Pezeşkianın istefa ərizəsinin hesablanmış addım olduğunu istisna etməyib:

“Müharibə şəraitində prezidentin gedişi “daxili qarşıdurma” yaratması baxımından sərfəli deyil və o, SEPAH-ın müdaxiləsini azaltmaq üçün “istefa kartı”nın işləyə biləcəyini düşünür. Lakin İran daxilindəki vəziyyət fonunda buna nail olmaq perspektivləri zəifdir.

– SEPAH-ın təsirini azaldacaq, hakimiyyət bölgüsünə idarə edəcək lider – güc görünmür;
– “Keşikçilər” müharibənin yaratdığı nəzarət imkanlarını genişləndirmək istəyir;

Mövcud şərtlərdə “daxili çatları” ört-basdır etmək üçün Pezeşkianı istefa məsələsini təxirə salmağa və səlahiyyətlərindən istifadədə reallıqla barışmağa məcbur edəcəklər, hərçənd, ziddiyyətlərin kəskinləşəcəyi, azərbaycanlı prezidentin postunu vaxtından əvvəl tərk edəcəyi ehtimalı getdikcə artır. ABŞ-la atəşkəs və müharibə arasındakı qeyri-müəyyən vəziyyət də İranda daxili ziddiyyətləri – idarəetmə uğrundakı mübarizəni kəskinləşdirəcək. Mübarizənin qalibi SEPAH-dır, lakin o da aydın görünür ki, “keşikçilər”in tam nəzarət etdiyi İranın radikal xətti ön plana çıxacaq və bu, təkcə ölkənin yox, bütün regionun təhlükəsizliyinə risklər vəd edir”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

İdman

Azər Aslanov: Azərbaycanda idmana yaradılan şərait övladlarımızın vətənpərvər ruhda böyüməsinə böyük təsir göstərir

Avqust 8, 2026
Xarici xəbərlər

İrandan Səudiyyə Ərəbistanına xəbərdarlıq: “Başqalarından təhlükəsizlik dilənməyin”

Avqust 7, 2026
Siyasət

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə birgə müdafiə haqqında saziş imzalayıb

Avqust 7, 2026
Siyasət

Vaşinqton razılaşması - ötən 1 il ərzində nələr baş verdi? - AÇIQLAMA 

Avqust 7, 2026
Siyasət

İlham Əliyev sərəncam imzaladı

Avqust 7, 2026
Siyasət

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

Avqust 7, 2026

XƏBƏR LENTİ

Azər Aslanov: Azərbaycanda idmana yaradılan şərait övladlarımızın vətənpərvər ruhda böyüməsinə böyük təsir göstərir

08 Avqust, 26 / 14:16

Meşə yanğınları Avropa ölkələrinə xeyli miqdarda iqtisadi zərər vurub

07 Avqust, 26 / 18:49

ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq

07 Avqust, 26 / 18:47

Hörmüz boğazından keçən gəmilərin sayı azalıb

07 Avqust, 26 / 18:28

Rusiya və Ukraynanın Qara dənizdəki hücumları qlobal taxıl daşınmalarını pozur

07 Avqust, 26 / 18:25

İrandan Səudiyyə Ərəbistanına xəbərdarlıq: “Başqalarından təhlükəsizlik dilənməyin”

07 Avqust, 26 / 17:17

Çin süni intellekt modeli Böyük Britaniya hökuməti tərəfindən sınaqdan yayınmağı bacarıb

07 Avqust, 26 / 16:58

Rzayi: “Hörmüz boğazında ikinci dəhlizin açılmasına icazə verməyəcəyik”

07 Avqust, 26 / 16:39

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə birgə müdafiə haqqında saziş imzalayıb

07 Avqust, 26 / 16:36

Xameneyinin səhhəti pisləşib

07 Avqust, 26 / 16:33

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.