Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlər üçün keçirilən brifinqdə ABŞ ilə aparılan danışıqlar prosesi barədə diqqət çəkən məqamlara toxunub.
Zefer.media xəbər verir ki, o hazırkı mərhələdə nüvə məsələsinin detalları ilə bağlı heç bir müzakirə aparılmadığını deyib.
Bəqayi qeyd edib ki, lazım gələrsə, İran nüvə məsələləri ilə bağlı necə addım atacağını yaxşı bilir.
Sözçünün dediklərinə görə, hazırkı mərhələdə əsas diqqət müharibənin dayandırılmasına yönəlib.
O, habelə, ABŞ tərəfi ilə danışıqlarda yaranan əsas problemlərdən birinin mövqelərin tez-tez dəyişməsi və ziddiyyətli açıqlamalar olduğunu vurğulayıb.
Zərintac Mayisqızı

















