Manşet

Azərbaycanın Serbiyada qaz turbin elektrik stansiyasının tikintisi ilə bağlı saziş təsdiq edilib

25 May 2026, 17:210
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycan və Serbiya hökumətləri arasında Serbiyada qaz turbin elektrik stansiyasının işlənməsi, layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş təsdiq edilib.

Zefer.media xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Məlumata görə, bu saziş bu il fevralın 15-də Belqrad şəhərində imzalanıb.

Fərmanla Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Hökumətinə bildiriş göndərəcək.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600