Pakistan ordusunun baş komandanı, feldmarşal Asim Munirin İrana planlaşdırılan səfəri təxirə salınıb.
Zefer.media xəbər verir ki, bu barədə “Əl-Hədəs” qəzeti Pakistanın yüksək vəzifəli diplomatik mənbəsinə istinadən bildirib.
Qeyd edilib ki, yaydığı Asim Munir ötən gecə Tehrana səfər etməyib.
Məlumatda səfərin hansı səbəbdən təxirə salındığı açıqlanmayıb və rəsmi tərəflərdən əlavə açıqlama verilməyib.
Qeyd edək ki, son günlər Pakistan və İran arasında yüksək səviyyəli diplomatik təmaslar intensivləşib. Bundan öncə Pakistanın daxili işlər naziri Möhsün Nəqəvi bir həftə ərzində iki dəfə Tehrana səfər etmişdi.
Zərintac Mayisqızı

















