Rusiya Müdafiə Nazirliyi Birlik Dövlətinin nüvə təlimləri çərçivəsində qitələrarası ballistik raketlərin buraxılış anlarını əks etdirən görüntülər yayıb.
Zefer.media xəbər verir ki, kadrlarda strateji raket komplekslərinin döyüş hazırlığı vəziyyətinə gətirilməsi və raketlərin buraxılışı əks olunub.
Təlimlərin Rusiya və Belarusun birgə hərbi hazırlıq planı çərçivəsində keçirildiyi bildirilib.

Zərintac Mayisqızı

















