Ali rəhbər Müctəba Xameneyi zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmasını qadağan edib.
Zefer.media xəbər verir ki, bu barədə “Reuters” İran rəsmilərinə istinadla yazıb.
Mənbələrdən birinin sözlərinə görə, “ali liderin göstərişi və hakimiyyət daxilində formalaşmış konsensus uran ehtiyatlarının ölkə xaricinə göndərilməməsidir”.
Bildirilir ki, bu qərar Tehranın ABŞ ilə mümkün danışıqlarda mövqeyini daha da sərtləşdirir.
“Reuters” qeyd edib ki, Vaşinqtonun əsas tələblərindən biri İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması idi. Ancaq Donald Trampın dəfələrlə hərbi əməliyyatlarla bağlı təhdidlərindən sonra Tehranın mövqeyinin dəyişdiyi iddia olunur.
Məlumata görə, İran tərəfi alternativ variant kimi Atom Enerjisi üzrə Beyəlxalq Agentliyin (AEBA) nəzarəti altında uran ehtiyatlarının zənginləşdirilməsi səviyyəsinin azaldılması imkanını nəzərdən keçirir.
Zərintac Mayisqızı

















