Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı “X” hesabında paylaşım edərək ABŞ ilə mümkün yeni hərbi qarşıdurma barədə sərt xəbərdarlıq edib.
Zefer.media xəbər verir ki, Əraqçı belə bildirib:
“İranla müharibənin başlamasından aylar sonra ABŞ Konqresi milyardlarla dollar dəyərində bir neçə təyyarənin itirildiyini etiraf edib və İran silahlı qüvvələrinin F-35-i vuran ilk qüvvələrdən biri olduğu açıqlanıb”.
O əlavə edib ki, əldə edilən “təcrübə və biliklər” nəzərə alınaraq, müharibənin yenidən başlaması halında “daha çox sürprizlərin olacağı” gözlənilir.
Zərintac Mayisqızı

















