ABŞ prezidenti Donald Tramp həftəsonu milli təhlükəsizlik komandası ilə İranla bağlı mümkün növbəti addımları müzakirə edib.
Zefer.media xəbər verir ki, bu barədə *CNN” telekanalı bildirib.
Görüş Trampın Virciniyadakı qolf klubunda baş tutub. Toplantıda vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, MKİ direktoru Con Retklif və Trampın xüsusi nümayəndəsi Stiv Uitkof iştirak edib.
Tramp İrana qarşı hərbi əməliyyatları yenidən başlatmaq qərarı verərsə, Pentaqon artıq bir neçə zərbə variantı hazırlayıb.
“CNN” yazır ki, potensial hədəflər arasında İranın enerji obyektləri və əsas infrastrukturu yer alır. Ağ Evin yaxın günlərdə milli təhlükəsizlik qrupu ilə daha bir görüş keçirməsi gözlənilir.
Zərintac Mayisqızı

















