Dünən Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi İraqdan ölkənin hava məkanına daxil olan üç pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.
Zefer.media xəbər verir ki, nazirliyin sözçüsü Turki Əl-Maliki bildirib:
“Dronlar vaxtında aşkar edilərək zərərsizləşdirilib”.
Əl-Maliki əlavə edib ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi “uyğun vaxtda və yerdə cavab vermək hüququnu özündə saxlayır”.
İraq tərəfi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Zərintac Mayisqızı

















