MEDİA

Professor Tofiq Rüstəmovun xatirəsi yad olunub

15 May 2026, 20:5215
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bakı Dövlət Universitetinin Tələbə Tədris Mərkəzində görkəmli jurnalist, alim və professor Tofiq Rüstəmovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib.

Zefer.media xəbər verir ki, tədbirdə jurnalistika fakültəsinin müəllim heyəti, tələbələr, professorun keçmiş tələbələri, həmkarları, media nümayəndələri və ailə üzvləri iştirak ediblər.

Yubiley tədbirində Tofiq Rüstəmovun həyat və yaradıcılıq yolundan bəhs edən videoçarx nümayiş olunub. Videoçarxda onun milli jurnalistikanın inkişafına verdiyi töhfələr, televiziya və radio jurnalistikasının formalaşmasındakı rolu, pedaqoji fəaliyyəti və Azərbaycan dilinin qorunması istiqamətində gördüyü işlərdən danışılıb.

Çıxış edənlər professorun peşəkar jurnalist və alim olmaqla yanaşı, yüksək mənəvi keyfiyyətlərə malik ziyalı olduğunu vurğulayıblar. Onun tələbələri və həmkarları xatirələrini bölüşərək, gənclərə münasibətindən və ana dilinə göstərdiyi həssas münasibətdən bəhs ediblər.

Tədbirdə Azərbaycan dilinin qorunması, mətbuat dilinin saflığı və milli jurnalistika ənənələrinin yaşadılmasının vacibliyi də xüsusi qeyd olunub.

Sonda professorun övladları Abbas Rüstəmov və Sevinc Məmmədova çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür ediblər. Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkdirilib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600