• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.5° Weather Columbus
$
1.7
€
1.9324
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

İsrail-İran qarşıdurmasının nəticəsi qlobal güc balansını dəyişə bilər? - Politoloq açıqladı 

15 May, 26 / 18:45
A A

İsrailin müdafiə naziri İsrael Katz deyib ki, İsrail İrana qarşı hərbi əməliyyatın yenidən başlanmasını istisna etmir və buna hazırdır.

Mövzuya münasibət bildirən politoloq Həşim Səhrablı Zefer.media-ya açıqlamasında qeyd edib ki, Tel-Əvivin son bəyanatları əvvəlki kimi ciddi təsir yaratmır və bölgədə əsas qərarverici qüvvə artıq ABŞ hesab olunur:

“İsrailin əməliyyatların yenidən başlaya biləcəyi ilə bağlı açıqlamaları artıq adiləşib. Əgər 7 oktyabr hadisələrindən- HƏMAS-ın İsrailə hücumundan sonra və ya İrana zərbələr endirilən ilk vaxtlarda bu bəyanatların bir ağırlığı və əhəmiyyəti var idisə, bu gün onlar adi bir hadisəyə çevrilib. Çünki hər bir neçə gündən bir, maksimum on gündə bir İsrail tərəfdən kimsə çıxıb əməliyyatlara hazır olduqlarını, potensiallarını qoruduqlarını bildirir, lakin ortada hələ də real bir addım yoxdur.
Bu vəziyyət ondan irəli gəlir ki, Yaxın Şərqdə baş verənlər artıq İsrail mərkəzli olmaqdan çıxıb və İsrail öz ciddiyyətini itirib. İranla qarşıdurma başlayanda məsələyə birbaşa ABŞ müdaxilə edib. Məhz bu müdaxilədən sonra İsrail ikinci plana keçib. Artıq önəmli olan ABŞ-nin mövqeyi və İranın bu mövqeyə qarşı hansı addımları atacağı olub. Ona görə də İsrailin bugünkü açıqlamaları sadəcə bir prizmadan dəyərləndirilməlidir. Əgər ABŞ İrana zərbə endirməyə başlasa, İsrail də başlayacaq. ABŞ başlamasa, İsrail də başlamayacaq. Bu qədər sadədir. İsraildə prezidentin, baş nazirin və ya digər rəsmilərin nə deməsindən asılı olmayaraq, ortada hərbi-siyasi gerçək var. ABŞ nə qərar versə, İsrail də onu izləyəcək”.

Həşim Səhrablı

Müsahib vurğulayıb ki, münaqişənin nəticəsi hansı dövlətlərin qlobal güc balansında üstün mövqeyə sahib olacağını da müəyyənləşdirə bilər:

“İsrail və İran arasında mümkün yeni qarşıdurma yenidən ABŞ, İsrail və İranın daxil olacağı genişmiqyaslı bir münaqişə deməkdir. Dünyanın ən güclü dövləti olan ABŞ-nin bu prosesə qoşulması həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan dağıdıcı nəticələrə yol açacaq. Münaqişə elə bir regionda cərəyan edir ki, bura dünyanın qəlbi sayılan Yaxın Şərqdir. Biz burada Hörmüz boğazının bağlanmasından, neft yataqlarının vurulmasından, enerji resurslarının daşınmasından və mühüm tranzit yollarının kəsilməsindən danışırıq. Bu isə sadəcə iqtisadi məsələ olmaqla kifayətlənmir, dünya ticarətinin pozulmasına və müxtəlif regionlarda siyasi böhranlara gətirib çıxaracaq qədər ciddi bir hadisədir.
Yaxın Şərqdəki iqtisadi-siyasi balansa gəldikdə isə fakt göz qabağındadır. Belə bir qarşıdurma yenidən başlayarsa, tərəflərdən birinin tükənməsi ilə qarşılaşa bilərik. Ya İran Rusiya və ya Çindən alacağı ciddi dəstəklə rəqiblərini regionda məğlub edərək Amerikanın dünya üzərindəki hegemonluğuna zərbə endirəcək, ya da əksinə, İran məğlub olarsa, bu, rejim dəyişikliyinə qədər uzanacaq. Beləliklə, İranın enerji ehtiyatlarının və coğrafi mövqeyinin ABŞ, İsrail və ya Qərb qüvvələrinin quracağı yeni bir mexanizmin idarəetməsinə keçməsi reallığı yarana bilər. Bu isə dünya iqtisadiyyatını dəyişəcək qədər ciddi məsələdir. Çünki İranın üstün olduğu formatda Çin və Rusiya, zəiflədiyi formatda isə ABŞ, İsrail və digər Qərb dövlətləri üstünlüyü ələ keçirmiş olacaq. Ona görə də bu məsələni və onun fəsadlarını ciddi dəyərləndirməli, zərbə endiriləcəyi təqdirdə nəticələrin necə olacağını gözləməliyik”.

Lalə Qurbanlı

Bənzər Xəbərlər

Cəmiyyət

“Qalib dövlətimizdə bu şərəfli günü keçirmək böyük xoşbəxtlikdir”

İyun 26, 2026
Cəmiyyət

Şəhidin qardaşından Prezidentə təşəkkür

İyun 26, 2026
Manşet

Ukrayna şərtləri diktə edən tərəfə çevrilə bilər- ŞƏRH 

İyun 26, 2026
Hərbi

“Allah müqəddəs missiyamızda bizə güc, qüvvət nəsib etsin”

İyun 26, 2026
Cəmiyyət

“Ordunun gücü onun ruhundadır, adı isə Azərbaycan əsgəridir”

İyun 26, 2026
Gündəm

Polkovnik : Azərbaycan Ordusu mürəkkəb inkişaf yolu keçərək regionun ən güclü ordusuna çevrilib

İyun 26, 2026

XƏBƏR LENTİ

“Qalib dövlətimizdə bu şərəfli günü keçirmək böyük xoşbəxtlikdir”

26 İyun, 26 / 20:53

Şəhidin qardaşından Prezidentə təşəkkür

26 İyun, 26 / 19:13

Ukrayna şərtləri diktə edən tərəfə çevrilə bilər- ŞƏRH 

26 İyun, 26 / 18:28

“Allah müqəddəs missiyamızda bizə güc, qüvvət nəsib etsin”

26 İyun, 26 / 12:25

“Ordunun gücü onun ruhundadır, adı isə Azərbaycan əsgəridir”

26 İyun, 26 / 12:09

Polkovnik : Azərbaycan Ordusu mürəkkəb inkişaf yolu keçərək regionun ən güclü ordusuna çevrilib

26 İyun, 26 / 9:12

Sumıda yanacaqdoldurma məntəqəsi vurulub

25 İyun, 26 / 18:08

“Ordumuz bu cür zabitlərin çiyinlərində yüksəlir”

25 İyun, 26 / 18:01

Şəhid hərbi qulluqçular və mülki işçilər təltif olundu

25 İyun, 26 / 17:55

Onlara “general-mayor” ali hərbi rütbəsi verildi

25 İyun, 26 / 17:40

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.