Kreml ABŞ prezidenti Donald Trampın Çinə səfəri ilə bağlı mediada yayılan məlumatları diqqətlə izləyir.
Zefer.media xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov mayın 15-də açıqlayıb.
“Trampın Çinə səfərinin nəticələri ilə bağlı] media vasitəsilə yayılan məlumatları yaxından izləyirik. Ümid edirik ki, Çində olduğumuz zaman bu məlumatları birbaşa əldə edəcəyik”, – deyə mətbuat katibi brifinqdə bildirib.
O əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinin Çinə qarşıdan gələn səfəri zamanı Putin Pekin və Vaşinqton arasında əlaqələrlə bağlı Çin tərəfi ilə fikir mübadiləsi aparmaq imkanı əldə edəcək.
“Qarşıdan gələn ikitərəfli Rusiya-Çin təmasları çinlilər və amerikalılar arasında baş verən təmaslar barədə fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət yaradacaq”, – Peskov bildirib.
Zərintac Mayisqızı

















