Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən görüşdə Ukraynadakı münaqişənin həlli üçün əsas prinsiplər barədə razılıq əldə edilib.
Zefer.media xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov Rusiya mediası ilə görüşündə deyib: “Rusiya və ABŞ prezidentləri arasında ünsiyyət ruhu həmişə dostcasına, yoldaşcasına və qarşılıqlı hörmətə əsaslanır. Alyaskada bu ruhdan kənarda, ABŞ tərəfindən təklif edilən və Rusiya Federasiyası tərəfindən dəstəklənən razılaşmanın əsas prinsipləri üzrə anlaşma, hətta razılaşma əldə edilib”.
Onun sözlərinə görə, o vaxtdan bəri Avropa ölkələri, xüsusən də London, eləcə də Volodimir Zelenski Vaşinqtonun öz təşəbbüsünə sadiq qalmasının qarşısını almaq üçün əlindən gələni ediblər.
Lavrov Hindistan paytaxtında üç günlük səfərdədir.
Xatırladaq ki, o, əvvəllər BRICS tədbirlərində iştirak etmiş və Hindistan, Tayland, Misir və İranın xarici işlər nazirləri ilə danışıqlar aparıb.
Zərintac Mayisqızı

















