Manşet

Xalq artisti Tünzalə Ağayeva “Xarıbülbül” festivalında – VİDEO

15 May 2026, 13:5512
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” doqquzuncu Beynəlxalq Musiqi Festivalı keçirilir.

Zefer.media xəbər verir ki, təbdirin ilk günündə Xalq artisti Tünzalə Ağayeva möhtəşəm çıxışı ilə yaddaqalıb. Pop ulduz “Cəngi Koroğlu” adlı aşıq əsərini səsləndirib.

Milli ruhda olan təqdimatda sənətçinin geyimi də diqqətçəkib. Zümrüd Mirzəliyeva imzası daşıyan obraz milli ornamentlərlə bəzədilib.

Məlumat üçün bildirək ki, festival bu gün də davam edəcək.

Onun da əlavə edək ki, Xarıbülbül Musiqi Festivalı — 1989-cu ildən Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalıdır. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan edib. Bu sərəncamla Vaqif Poeziya günləri və “Xarıbülbül” festivalı da bərpa olunub. 2021-ci il mayın 12-i və 13-də Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə “Xarıbülbül” festivalı keçirilib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600