WUF13-də mədəni irslə bağlı təhlükəsizlik modeli təqdim etməyi planlaşdırırıq.
Zefer.media xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli deyib.
Belə ki, mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Tatarıstanın Kazan şəhərində keçirilən ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir.
O, sessiyada çıxışı zamanı qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan-ICESCO əməkdaşlığını yüksək qiymətləndirir və təşkilatla əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verir
















