• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26.9° Weather Columbus
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

“Pekin Hörmüz boğazının açılması məqsədilə Tehrana təzyiq etmək fikrindən uzaqdır”

14 May, 26 / 16:03
A A

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar bir neçə gün əvvəl bildirib ki, ABŞ-la İran arasında münaqişənin sona çatması üçün diplomatik təşəbbüslər aktiv şəkildə davam edir. O, İslamabadda aparılan məsləhətləşmələrin sülh yolu ilə nəticə verəcəyinə ümid etdiyini vurğulayıb. Dar həmçinin prosesi bir neçə ölkənin dəstəklədiyini və diplomatik kanalların açıq qaldığını qeyd edib. Buna baxmayaraq, ABŞ-la İran arasında danışıqlarda irəliləyiş yoxdur, əksinə, ABŞ və İran bir-birlərinə göndərdikləri təklifləri rədd edirlər.

Məsələ ilə əlaqədar politoloq Elxan Şahinoğlu Zefer.media-ya açıqlamasında deyib ki, İslamabad tərəfləri görüşdürməyə və heç olmazsa ikisi arasında yazışmaların davamına çalışsa da, ortada real nəticə yoxdur:

“Vaşinqton və Tehran Pakistanın vasitəçilik təşəbbüslərinə “yox” söyləmirlər, ancaq tərəflər arasında İslamabadda birinci görüşdən sonra ikinci görüş baş tutmayıb. Pakistanın vasitəçiliyi Çinin işinə yarayır. İkisi arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Pekin İslamabadın vasitəçiliyinin müsbət nəticə verəcəyinə ümidlidir. ABŞ Prezidenti Donald Trampın Pekində Çin lideri Si Cinpinlə görüşündə bir daha aydın oldu ki, Çin qısa müddətdə Hörmüz boğazı probleminin həllini istəyir. Vaşinqton da boğazda tankerlərin azad hərəkətinin bərpasında maraqlıdır. Ancaq bunun üçün Vaşinqtonla Tehran arasında razılaşmanın əldə olunması vacibdir. Bu isə hələ ki, mümkün deyil. Pekin isə Hörmüz boğazının açılması məqsədilə Tehrana təzyiq etmək fikrindən uzaqdır. Bu baxımdan Donald Tramp Si Cinpinlə görüşün nəticələrindən son dərəcə məmnun qaldığını söyləsə də, tərəflərin İran məsələsində mövqeləri fərqlidir”.

Politoloq əlavə edib ki, bu arada, Donald Trampdan fərqli olaraq Konqresdə Pakistanın vasitəçiliyindən narazılıq edənlər var:

“ABŞ-nin respublikaçı senatoru Lindsi Qrem Pakistanın vasitəçi roluna şübhə ilə yanaşdığını bildirib. Senator Pakistanın İrana yaxın davranmaqda ittiham edib. Qrem ifadə edib ki, əgər İranın hərbi obyektlərini qorumaq üçün İran təyyarələri həqiqətən Pakistan bazalarında yerləşdirilibsə, o zaman Vaşinqton başqa vasitəçi axtarmalıdır. “Pakistana mümkün olan qədər etibar etmirəm. Belədirsə, başqa vasitəçi tapmalıyıq. Təəccüblü deyil ki, bu təşəbbüs nəticə vermədi”, – deyə senator vurğulayıb. Belə bir məlumat da yayılıb ki, İran tərəfinin Pakistana ötürdüyü tələblər ABŞ-a yumşaldılaraq göndərilib. Bu isə bir müddət əvvəl Vaşinqtonda belə bir görüntü yaradıb ki, Tehran Ağ Evin tələblərini qəbul etməyə hazırdır, gerçəkdə isə İrandakı rejim tələblərindən vaz keçməyib”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Gündəm

“Şuşa Bəyannaməsi – 5 il: Regionun yeni təhlükəsizlik arxitekturası” mövzusunda tədbir keçirilib

İyun 19, 2026
Dünya

“Müharibə İranı zəiflədib”

İyun 19, 2026
Cəmiyyət

Çimərliklərə gedərkən nələri bilməliyik? - Ekspert açıqladı 

İyun 19, 2026
Dünya

Türkiyənin müdafiə naziri: NATO-nun Ankara sammiti ittifaq üçün dönüş nöqtəsi olacaq

İyun 19, 2026
Manşet

İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadim Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

İyun 19, 2026
Dünya

“İranın nüvə silahı olmayacaq”

İyun 19, 2026

XƏBƏR LENTİ

Moldova Azərbaycanlıları Konqresi Nizami Gəncəvinin abidəsi önündə ənənəvi iməcilik aksiyası keçirib

21 İyun, 26 / 18:01

5-ci “YAŞAT” düşərgəsinin birinci həftəsi yekunlaşıb

21 İyun, 26 / 15:57

“Azərbaycan onların çirkin oyununu pozdu”- VİDEO

20 İyun, 26 / 11:13

Müdafiə Nazirliyinin Tibb İdarəsində müşavirə keçirilib

19 İyun, 26 / 20:05

Türkiyə turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

19 İyun, 26 / 19:59

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatala rayonunda vətəndaşlarla görüşüb

19 İyun, 26 / 19:54

“Şuşa Bəyannaməsi – 5 il: Regionun yeni təhlükəsizlik arxitekturası” mövzusunda tədbir keçirilib

19 İyun, 26 / 18:40

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirdi

19 İyun, 26 / 17:46

Alimlər Alzheimer xəstəliyinin gizli mexanizmini müəyyən ediblər

19 İyun, 26 / 17:34

İran Hörmüz boğazını yenidən bağladı

19 İyun, 26 / 17:26

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.