• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
11.2° Weather Columbus
$
1.7
€
1.8907
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Banner

Bakının seçkilərdə Paşinyanın “taxtdan salınması” ssenarisinə də hazırlıqlı olduğu istisna deyil - Asif Nərimanlı 

14 May, 26 / 15:51
A A

“Ermənistanda keçiriləcək 7 iyun parlament seçkiləri təkcə bu ölkədə yox, bütövlükdə regiondakı proseslərin inkişaf xəttini müəyyənləşdirəcək”.

Zefer.media xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

O vurğulayıb ki, bir tərəfdə Nikol Paşinyan, digər tərəfdə Robert Köçəryan və Samvel Karapetyanın “çobanlıq” etmək uğrunda mübarizə apardığı revanşistlər: seçki proqramlarına istinadən onları şərti olaraq, “sülh” və “antisülh” cəbhəsi adlandırmaq olar:

“Paşinyan qalib gələrsə, onun 7 iyundan sonra da Ermənistana rəhbərliyi davam etdirməsi regional sülh kontekstində Azərbaycanın maraqlarına uyğundur.

– Sülh gündəliyi davam etdiriləcək;
– Seçkidən sonra yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçiriləcək və Azərbaycana qarşı ərazi iddialarının yer aldığı mövcud konstitusiyadan imtina imkanı yaranacaq;
– Bakının tələbləri sırasında yer alan “mövcud konstitusiyanın dəyişdirilməsi” rellaşdıqdan sonra yekun sülh sazişi imzalanacaq;
– Regional kommunikasiyanın açılması çərçivəsində Zəngəzur dəhlizi işə düşəcək;

– Hətta Qərbi azərbaycanlıların sülh şəraitində doğma yurdlarına – Göyçəyə, Zəngəzura və digər ərazilərə qayıdışı da real görünür;

Bu gözləntilərin reallaşması – sülh prosesinin yekunlaşması Ermənistanın mövcudluğunun saxlanılması, cəmi 100 il öncə Azərbaycan torpaqları hesabına süni şəkildə yaradılmış bu dövlətin süqut etmək risklərindən xilas olması baxımından da əhəmiyyətlidir. Paşinyan bunu anladığı üçün sülhdə israr edir”.

Asif Nərimanlı bildirib ki, əgər qutudan revanşistlər çıxarsa:

“Köçəryan və Karapetyanın təmsil etdiyi antisülh cəbhəsi seçki proqramını qondarma “artsaxın dirildilməsi” üzərində qursalar da, Qarabağ məsələsinin tamamilə bağlanması fonunda Azərbaycana qarşı ərazi iddiaları üzərindən hansısa risklər yaratmaq imkanları görünmür. Qarabağ iddiası ritorik müstəvidə gündəmdə saxlanıla və regionda geosiyasi maraqlar toqquşmasında təzyiq xarakteri daşıya bilər. Hərçənd, Qarabağın ritorik olaraq gündəmdə saxlanılması da daxil olmaqla, revanşistlərin proqramı sülh prosesini baltayacaq. Hakimiyyətə gələcəkləri təqdirdə Azərbaycanla “ədalətli sülh müqaviləsi” imzalayacaqları vədlərindən də yeni eskalasiyanın qoxusu gəlir. Və aydındır ki, onların “ədalətli müqavilə” anlayışı Bakı-İrəvan xəttində pillə-pillə ucaldılmış sülh pramidasının çöküşü deməkdir.

– Sülh gündəliyində yeni şərtlər irəli sürmələri prosesi tormozlayacaq;
– Yekun sülh sazişinin imzalanmasında əsas maneə olan mövcud konstitusiyanı dəyişdirməkdən, yaxud yenisinin qəbul edilməsindən imtina edəcəklər;
– Sərhədin delimitasiyası prosesini dayandıracaq, Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək, ən yaxşı halda Naxçıvana maneəsiz keçid razılaşmasından imtina edəcəklər ki, bu da kommunikasiyanın bərpasını arxa plana keçirəcək.

Bu situasiya təkcə Bakı-İrəvan xəttindəki sülh prosesini sıradan çıxarmayacaq, eyni zamanda, bölgədə yeni eskalasiya risklərini də artıracaq. Mümkün eskalasiya coğrafiyasının sərhəddə olacağı da sirr deyil”.

Siyasi şərhçi habelə əlavə edib ki, bütün bunların fonunda iyunun 7-də Paşinyanın məğlubiyyəti, revanşistlərin qələbəsi Azərbaycan üçün riskli görünür:

“Hərçənd, revanşistlərin qələbəsinin Azərbaycanın qarşısında yeni imkanlar aça biləcəyi məqamı da kənara atılmamalıdır. Rəsmi Bakının seçkilərdə Paşinyanın “taxtdan salınması” ssenarisinə də hazırlıqlı olduğu istisna deyil. Əliyevin Zəngilanda verdiyi mesajlar bu kontekstdə təsadüfi deyildi:

– “Nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq”.
– “Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq”.

Prezidentin bu sözləri Ermənistan cəmiyyətinə mesaj xarakteri daşımaqla yanaşı, Azərbaycan rəhbərliyinin hadisələrin inkişafına adekvat ssenariyə malik olduğuna da əminlik yaradır. Əliyev məhz hadisələrin mümkün inkişafına istinadən revanşistlərin seçkidə qalib gələcəyi təqdirdə “Ermənistan xalqının başının dərddə olacağı” mesajını verirdi.

Birincisi, revanşistlərin rəhbərlik edəcəyi Ermənistanın tərəfdaş siyahısında ABŞ və Avropa İttifaqını Ukrayna bataqlığından çıxa bilməyən Rusiya və son müharibədə “yarımcan” olan İran əvəzləyəcək: Vaşinqton üçün kapital qoyduğu Zəngəzur dəhlizinin, ümumilikdə sülh prosesinin sual altına düşməsi arzuolunmazdır, Brüssel isə İrəvan üzərindən həyata keçirdiyi regional siyasətinə risklərin yaranmasını qəbul etməyəcək;
İkincisi, sülh piramidasının dağılması Ermənistanı yenidən “dalan ölkə” qaranlığına qaytarmaqla yanaşı, yeni esakalasiya risklərini də aktuallaşdıracaq və revanşistlərin üfüqdə aydın görünən təhdidlərinə qarşı Azərbaycanın güc tətbiqi ilə cavabı qaçılmaz ola bilər: 2020-ci ildə torpaqlarımızın azad edilməsi naminə baş verən müharibənin bu dəfə “sülh uğrunda müharibə”yə çevrilməsi mümkündür.

Belə görünür ki, Ermənistanda 7 iyun seçkiləri ya “sülh”, ya da “sülh uğrunda mübaribə” dövrünün başlanğıcı ola bilər”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Siyasət

Ruandalı nazir “ASAN xidmət”də

Oktyabr 28, 2026
Siyasət

Azərbaycan-BƏƏ Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib

Oktyabr 28, 2026
Gündəm

İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib"

Oktyabr 28, 2026
Siyasət

Bakıda keçirilən Forum dünyaya hansı mesajı verir? – Deputatdan AÇIQLAMA

Oktyabr 28, 2026
Manşet

Sabiq deputat Bakıda 4 milyon 810 min manatlıq özəl əmlakı özbaşına sökdü – ŞİRKƏTİNƏ CİNAYƏT İŞİ AÇILDI

Oktyabr 27, 2026
Siyasət

İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də

Oktyabr 26, 2026

XƏBƏR LENTİ

Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib

28 Oktyabr, 26 / 19:33

Polkovnik Cəlil Xəlilov Sumqayıtda veteranlarla görüşüb

28 Oktyabr, 26 / 19:27

Ruandalı nazir “ASAN xidmət”də

28 Oktyabr, 26 / 19:22

Azərbaycan-BƏƏ Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib

28 Oktyabr, 26 / 19:17

Dövlət Turizm Agentliyi IX Dünya İnvestisiya Forumunda təmsil olunub

28 Oktyabr, 26 / 17:09

Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

28 Oktyabr, 26 / 17:03

Gələcək turizmdə texnologiya, insan kapitalı, xidmət və əməkdaşlıq əsas meyarlardır - Ceyhun Aşurov

28 Oktyabr, 26 / 16:11

Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ

28 Oktyabr, 26 / 16:07

İspaniyada iki qatarın toqquşması nəticəsində azı 46 nəfər ölüb

28 Oktyabr, 26 / 15:41

İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib"

28 Oktyabr, 26 / 15:40

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.