Cəmiyyət

Şuşaya gedənlərin nəzərinə: bu hallarda 150 AZN cərimə oluna bilərsiniz

13 May 2026, 18:131
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Şuşa şəhərində yol hərəkətinin təşkili ilə bağlı dəyişiklik edilib.

Zefer.media Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb.

Bildirilib ki, Şuşa qalasının qarşısından keçən avtomobil yolunda hərəkət artıq birtərəfli qaydada təşkil olunub. Ərazidə sürücülərin hərəkətinə nəzarət məqsədilə xüsusi müşahidə kameraları da quraşdırılıb.

Qeyd edilib ki, müəyyən olunan hərəkət qaydalarını pozan sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar.

Belə ki, əks istiqamətdə hərəkət edən sürücülər 4 cərimə balı və 150 manat məbləğində cərimə ilə üzləşə bilərlər.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600