Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailə verdiyi dəstəyə görə “ikinci İsrail” kimi dəyərləndirilə bilər.
Zefer.media xəbər verir ki, bunu İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi bildirib.
Onun sözlərinə görə, İsrail “işğal olunmuş Fələstin ərazilərində hərbi mövcudluğa malik olduğu kimi”, Əbu-Dabi də “İsrailin iqtisadi qanadı” rolunu oynayır.
Səlimi iddia edib ki, BƏƏ hökuməti xalq dəstəyindən məhrumdur və ölkənin maraqlarını müdafiə etməkdən uzaqlaşaraq “ABŞ və İsrailin mövqelərinə uyğun siyasət yürüdür”.
O əlavə edib ki, Əmirlik rəhbərliyi İran əleyhinə mövqe tutduğu üçün bunun nəticələri ilə üzləşə bilər və “Vaşinqton–Təl-Əviv diktələrinə uyğun addım atır”.
Zərintac Mayisqızı

















