Cəmiyyət

“e-Tabib” mobil tətbiqi “mygov”a tam inteqrasiya olunaraq fəaliyyətini dayandırıb

13 May 2026, 14:541
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində TƏBİB tərəfindən məqsədyönlü işlər aparılır.

TƏBİB – dən Zefer.media – ya verilən məlumata görə, rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində “e-Tabib” mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin “mygov” platformasına inteqrasiya prosesi artıq bitib.

Bu gündən etibarən “e-Tabib” tətbiqi fəaliyyətini tam olaraq dayandırır və xidmətlər artıq “mygov” platformasından təqdim olunur. Qərar xidmətlərin təkrarlanmasının qarşısının alınması və vətəndaşlara daha çevik xidmət göstərilməsi məqsədilə qəbul olunub. Bununla da “e-Tabib” “mygov” platformasına inteqrasiya edilən növbəti dövlət tətbiqidir.

“mygov” mobil tətbiqini aşağıdakı keçid vasitəsilə yükləyə bilərsiniz:

https://onelink.to/rryy4q

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600