Manşet

Azərbaycan və İran bölgədəki vəziyyəti müzakirə edib

13 May 2026, 14:131
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Abbas Əraqçı telefon danışığı zamanı ikitərəfli münasibətləri və regiondakı mövcud vəziyyəti müzakirə ediblər.

Zefer.media xəbər verir ki, Əraqçı ABŞ ilə aparılan danışıqlar prosesi barədə Azərbaycan tərəfinə ətraflı məlumat verib.

Nazir Bayramov isə Azərbaycanın münaqişələrin sülh yolu və diplomatik vasitələrlə həllini dəstəklədiyini vurğulayıb.

Tərəflər habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600