ABŞ Müharibə Nazirliyi (Pentaqon) atəşkəsin pozulacağı təqdirdə Amerikanın İrana qarşı hərbi əməliyyatının adının dəyişdirilməsi ehtimalını müzakirə edir.
Zefer.media xəbər verir ki, bu barədə “NBC News” telekanalı bildirib.
Əməliyyat hazırda “Epik Qəzəb” adlanır. Ancaq NBC-nin mənbələri bildirir ki, Pentaqon daxilində “Balyoz” (“Sledgehammer”) adlı yeni ad variantı nəzərdən keçirilir.
“NBC News”a danışan mənbələr qeyd ediblər ki, ABŞ-nin hazırda bölgədə müharibə başlamazdan əvvəlkindən daha çox hərbi gücü var.
“İndi 27 fevralda olduğundan daha yaxşı vəziyyətdəyik. Daha çox atəş gücümüz və daha çox imkanımız var”, – deyə ABŞ rəsmilərindən biri bildirib.
Zərintac Mayisqızı




