Dünya

İran Haaqa Məhkəməsində ABŞ-yə qarşı iddia qaldırıb

12 May 2026, 17:453
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Haaqa Arbitraj Məhkəməsində İran ABŞ-yə qarşı yeni beynəlxalq iddia qaldırıb.

Zefer.media xəbər verir ki, iddia 1981-ci il Əlcəzair Sazişləri çərçivəsində qeydiyyata alınıb və ABŞ-ın bir sıra addımları beynəlxalq öhdəliklərin pozulması kimi dəyərləndirilir.

İran tərəfi ABŞ-ni aşağıdakı hallarda ittiham edir:
• İranın nüvə obyektlərinə qarşı hərbi hücumlar;
• İqtisadi sanksiyaların tətbiqi;
• Güc tətbiqi ilə hədələmə.

İddiada qeyd olunur ki, sözügedən hərəkətlər “12 günlük müharibə” dövründə baş verən hadisələrlə əlaqələndirilir.

İran məhkəmədən ABŞ-nin:
• Sazişləri pozduğunun tanınmasını;
• İranın daxili işlərinə müdaxilənin dayandırılmasını;
• Gələcəkdə oxşar addımların təkrarlanmamasına zəmanət verilməsini;
• Maddi ziyanın ödənilməsini.
tələb edir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600