Cəmiyyət

Azərbaycanda qaz təchizatı müayinəsinin yeni forması müəyyənləşib

12 May 2026, 16:400
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Energetika Nazirliyinin Kollegiyası “Qaz təchizatı haqqında” qanuna uyğun olaraq “Müayinənin nəticəsinə dair akt”ın formasını təsdiqləyib.

Zefer.media  xəbər verir ki, bununla bağlı nazir Pərviz Şahbazov yeni qərar imzalayıb.

Qərara əsasən, təsdiqlənmiş akt forması həm fiziki şəxs olan istehlakçıları, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri və dövlət qurumlarını əhatə edir. Sənəddə müayinə zamanı aşkar edilmiş nöqsanların mahiyyəti ilə yanaşı, onların aradan qaldırılması üçün verilən müddət (bir aydan çox olmamaq şərtilə) dəqiq qeyd olunmalıdır.

Bundan başqa, aktda qaz sayğacına müdaxilə və ya şəbəkəyə qanunsuz qoşulma halları barədə məlumatlar, habelə tüstü bacaları və havalandırma xətlərinin texniki vəziyyəti xüsusi bəndlərdə öz əksini tapır.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600