• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9661
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Azərbaycan musiqisinin parlaq simalarından olan Sara Qədimovanın anım günüdür

12 May, 26 / 16:28
A A

12 may – unudulmaz, böyük xanəndə, Azərbaycan SSR xalq artisti Sara Qədimovanın anım günüdür.

Zefer.media xəbər verir ki, o, 1922-ci il mayın 31-də Bakıda dünyaya göz açıb, əslən Ağdamın Abdal-Gülablı kəndindəndir.

Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb.

İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu “Şəfqət bacısı” mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib.

Onun sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. Xanəndə öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.

Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış etmiş sənətkarın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu “Bayatı Şiraz”, “Şur”, “Şahnaz”, “Qatar”, “Mahur-hindi”, “Xaric segah muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında “Qarabağ şikəstəsi” musiqi tariximizdə özünəməxsus yer tutur.

Xalq mahnısının incəliklərinə dərindən yiyələnmiş Sara Qədimova ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardan olub, dərin tarixi köklərə və ənənələrə malik Azərbaycan xanəndəlik məktəbində layiqli yer tutaraq onun inkişafına öz töhfəsini verib. Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara Qədimova yaradıcılığının xarakterik xüsusiyyəti idi. Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub.

O, Azərbaycan mədəniyyətini dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil edib.

Dani sənətkar 2005-ci il mayın 12-də dünyasını dəyişib.

Qeyd edək ki, böyük xanəndə Azərbaycanın tanınmış müğənnisi Akif İslamzadənin anasıdır. Belə desək, yanılmarıq bir istedaddan başqa bir istedad doğulub…

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Gündəm

Medianews.az 14 yaşını qeyd edir

Sentyabr 12, 2026
Siyasət

Prezident İlham Əliyev Qaradağda – FOTOLAR

Sentyabr 10, 2026
Manşet

Ermənistana 20 vaqon arpa və 21 vaqon buğda göndərildi

Sentyabr 10, 2026
Siyasət

Prezidentdən fərman

Sentyabr 10, 2026
Media

Peşəkar jurnalistləri həmrəyliyə çağırıram - Rəşad Məciddən açıqlama 

Sentyabr 8, 2026
Siyasət

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

Sentyabr 8, 2026

XƏBƏR LENTİ

Veteranlar polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıda “Türk şəhidliyi”ni ziyarət edib

14 Sentyabr, 26 / 17:39

BMT: Yəməndə münaqişənin şiddətlənməsi səbəbindən iki ayda 85 mindən çox insan evlərini tərk edib

14 Sentyabr, 26 / 16:33

Putin Trampın Zelenskiyə neft emalı zavoduna hücum etməmək çağırışı ilə bağlı açıqlama verdi

14 Sentyabr, 26 / 16:26

Nazir: Təhsilin keyfiyyəti aşağı olan kənd məktəblərinin bağlanması məsələsinə baxılır

14 Sentyabr, 26 / 16:23

90 minə yaxın təhsil işçisinin maaşı artacaq

14 Sentyabr, 26 / 16:21

Bəqayi: “İranın Səudiyyə Ərəbistanının neft kəmərinə hücumda əli yoxdur”

14 Sentyabr, 26 / 15:04

Bakı metrosunda intervallar bu tarixdə azaldılır

14 Sentyabr, 26 / 14:16

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir

14 Sentyabr, 26 / 13:31

Azərbaycanla Slovakiya məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsini həyata keçirəcək

14 Sentyabr, 26 / 13:30

Azərbaycanın AİB ilə əməkdaşlığı üzrə 5,6 mlrd. dollarlıq maliyyələşmə həyata keçirilib

14 Sentyabr, 26 / 13:24

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.