• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.1° Weather Columbus
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib

12 May, 26 / 16:11
A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də bp şirkətinin baş icraçı direktoru Meq O’Nili qəbul edib.

Zefer.media xəbər verir ki, dövlətimizin başçısı Meq O’Nili bp şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, onun rəhbərliyi ilə SOCAR-bp uğurlu əməkdaşlığının gələcəkdə də davam edəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev ölkəmizlə bp arasında 30 ildən artıqdır ki, nadir tərəfdaşlıq tarixçəsinin olduğunu deyib. Dövlətimizin başçısı vurğulayıb ki, bu müddətdə həyata keçirilmiş bütün layihələrdən əldə edilən gəlir əsasən Azərbaycanın sosial-iqtisadi inkişafı üçün istifadə olunub.

Ölkəmizlə bp arasında icra olunan layihələrin sayının artmaqda olduğunu deyən Azərbaycan Prezidenti bunun əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu nümayiş etdirdiyini vurğuladı və tərəfdaşlığımızın strateji xarakter daşıdığını diqqətə çatdırıb.

Təbriklərə görə təşəkkürünü bildirən Meq O’Nil Bakıda olmaqdan şərəf hissi keçirdiyini deyib.

bp şirkətinin baş icraçı direktoru Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə neft və qazdan əldə edilən gəlirin ölkənin inkişafına sərf olunması ilə bağlı uzaqgörən liderliklərini xüsusi vurğulayıb.

Meq O’Nil bu xüsusda Bakının inkişafına, o cümlədən yollara və infrastruktura yatırılan sərmayəyə toxunub.

Dövlətimizin başçısı qeyd edib ki, bəzi hallarda neft və qazdan əldə edilən gəlir sosial qeyri-bərabərliyə səbəb olur. Azərbaycanın timsalında isə bu, ölkənin tərəqqisinə kömək edib. Müstəqilliyimizi bərpa etdikdən bir müddət sonra “Əsrin müqaviləsi”nin imzalandığını xatırladan Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsindən sonra ölkəmizdə vəziyyətin çətin olduğunu dedi, ərazilərimizin itkisinə məruz qaldığımızı və humanitar fəlakətlə üzləşdiyimizi vurğuladı. Azərbaycan Prezidenti bildirdi ki, o zaman büdcəmiz sıfır səviyyəsində idi və bu vəziyyətdən çıxmağın yeganə yolu əsas beynəlxalq şirkətləri ölkəmizə cəlb etmək, onları investisiya yatırmağa inandırmaq idi. Prezident İlham Əliyev bu xüsusda bp-yə göstərdiyi etimada görə minnətdarlığını bildirdi.

Söhbət zamanı bp-nin ölkəmizdə icra etdiyi enerji, o cümlədən bərpaolunan enerji layihələri qeyd olundu, şirkətin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin önəminə toxunuldu.

Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu qeyd edildi, SOCAR-bp əməkdaşlığının perspektivləri müzakirə olundu.

Bənzər Xəbərlər

Gündəm

“Şuşa Bəyannaməsi – 5 il: Regionun yeni təhlükəsizlik arxitekturası” mövzusunda tədbir keçirilib

İyun 19, 2026
Dünya

“Müharibə İranı zəiflədib”

İyun 19, 2026
Cəmiyyət

Çimərliklərə gedərkən nələri bilməliyik? - Ekspert açıqladı 

İyun 19, 2026
Dünya

Türkiyənin müdafiə naziri: NATO-nun Ankara sammiti ittifaq üçün dönüş nöqtəsi olacaq

İyun 19, 2026
Manşet

İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadim Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

İyun 19, 2026
Dünya

“İranın nüvə silahı olmayacaq”

İyun 19, 2026

XƏBƏR LENTİ

Moldova Azərbaycanlıları Konqresi Nizami Gəncəvinin abidəsi önündə ənənəvi iməcilik aksiyası keçirib

21 İyun, 26 / 18:01

5-ci “YAŞAT” düşərgəsinin birinci həftəsi yekunlaşıb

21 İyun, 26 / 15:57

“Azərbaycan onların çirkin oyununu pozdu”- VİDEO

20 İyun, 26 / 11:13

Müdafiə Nazirliyinin Tibb İdarəsində müşavirə keçirilib

19 İyun, 26 / 20:05

Türkiyə turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

19 İyun, 26 / 19:59

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatala rayonunda vətəndaşlarla görüşüb

19 İyun, 26 / 19:54

“Şuşa Bəyannaməsi – 5 il: Regionun yeni təhlükəsizlik arxitekturası” mövzusunda tədbir keçirilib

19 İyun, 26 / 18:40

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirdi

19 İyun, 26 / 17:46

Alimlər Alzheimer xəstəliyinin gizli mexanizmini müəyyən ediblər

19 İyun, 26 / 17:34

İran Hörmüz boğazını yenidən bağladı

19 İyun, 26 / 17:26

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.