Hadisə

Lökbatanda anbardakı yanğın olub, mübarizə tədbirləri həyata keçirilir

12 May 2026, 10:5010
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın hadisəsi olub.

Zefer.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev jurnalistlərə verdiyi məlumatlara görə yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb edilib.

Onun sözlərinə görə, Qaradağ rayonu ərazisində anbarda yanğın baş verməsi ilə bağlı məlumat FHN-in “112” qaynar xəttinə məlumat daxil olub:

“FHN-in qüvvələri əraziyə cəlb olunub. Yanğının anbar ərazisində baş verməsi, hava şəraitinin küləkli olması alovun söndürülməsini mürəkəbbləşdirib. Yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Yanğına bitişik olan digər anbarlar alovdan mühafizə olunub”.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600