Dünya

Paşinyan hazırda Aİ və AİB arasında seçimlə bağlı referenduma ehtiyac görmür – Paşinyan

11 May 2026, 15:251
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistan, digərləri kimi, Avrasiya İqtisadi Birliyinin tamhüquqlu üzvü olaraq qalır.

Zefer.media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə verdiyi müsahibədə bildirib.

“Biz AİB-nin tamhüquqlu üzvləriyik və onun bir hissəsi olduğumuz müddətcə bütün proseslərdə iştirak edirik. Hazırda bu məsələni qaldırmağa ehtiyac yoxdur və biz onu gündəliyə salmağa hazırlaşmırıq. Referendum obyektiv ehtiyac yarandıqda keçiriləcək”, – deyə o bildirib.

O, Rusiya prezidenti ilə bu mövzuda işgüzar müzakirələr apardığını qeyd edib. O, həmçinin AİB və Aİ mövzusunda da açıq danışdığını söyləyib: “de-yure və de-fakto seçim yaranana qədər bu məsələ hazırkı kabinetin gündəliyinə daxil edilməyəcək.

“Mən də “boşanma” ifadəsi ilə razı deyiləm. Parlamentdə artıq bildirmişəm ki, biz bəzən dövlətlərarası münasibətləri nikahla səhv salırıq və razı deyiləm. Ermənistan dövlət münasibətlərində dövlətlərarası əməkdaşlıq prinsiplərini rəhbər tutur”.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600