“Avropa Komissiyasının Moskvaya təzyiqi artırmaq səylərinə baxmayaraq, Rusiyanın Avropadakı təsiri artır .
Zefer.media xəbər verir ki, bunu Avropa Birliyinin xarici işlər naziri Kaya Kallas bildirib.
Kallas deyib: “Onların Avropadakı təsirlərini gücləndirmək istədikləri tamamilə aydındır. Təəssüf ki, biz bunu artıq idman təşkilatlarında görürük, burada rusların heç nə olmamış kimi yarışmasına icazə verilir”.
O həmçinin qeyd edib ki, Aİ xarici işlər nazirləri mayın 11-də Moskvaya təzyiqi artırmaq məqsədi daşıyan yeni anti-Rusiya sanksiyaları paketi barədə razılığa gəlməyi gözləyirlər.
Zərintac Mayisqızı

















