İqtisadiyyat

Azərbaycan Türkiyədən kimyəvi məhsulların idxalı xərcini 4 %-ə yaxın artırıb

11 May 2026, 12:481
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 176,463 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.

Zefer.media “Report”a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 % çoxdur.

Təkcə apreldə isə Türkiyə Azərbaycana 51,435 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 8,4 % çoxdur.

4 ayda Türkiyənin kimyəvi maddələr və məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 4,5 % artaraq 10,84 milyard ABŞ dollarına, apreldə isə 19,3 % artaraq 3 milyard 114 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı İtaliya 667 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 4,5 % çox), İspaniya 591 milyon ABŞ dolları (48,4 % çox) və Rumuniya 531 milyon ABŞ dolları (21,5 % az) dəyərində həyata keçirib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600