İsrail ordusu atəşkəsdən sonra ilk dəfə Beyrutun cənub ətrafına hava zərbələri endirib.
Zefer.media xəbər verir ki, bu barədə Livan mediası bildirib.
Belə ki, Haret Hreyk bölgəsində yaşayış binası hədəfə alınıb və nəticədə güclü dağıntılar baş verib.
İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz hücumun Hizbullahın “Radvan” qüvvələrinin komandiri Malik Blouta qarşı həyata keçirildiyini açıqlayıblar. İsrail tərəfi onun zərbə nəticəsində öldürüldüyünü ehtimal edir.
Livanın dövlət agentliyi İsrailin ölkənin cənub və şərq bölgələrinə endirdiyi digər zərbələr nəticəsində azı 17 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirib. Hizbullah isə cavab olaraq İsrailin hərbi texnikası və əsgər toplaşmalarını hədəfə aldığını açıqlayıb.
Livanın Baş naziri Nəvaf Salam İsraillə münasibətlərin normallaşdırılmasının gündəmdə olmadığını, əsas məqsədin sülh və atəşkəsin möhkəmləndirilməsi olduğunu deyib.
Zərintac Mayisqızı

















