• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.3° Weather Columbus
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Bakı-Belqrad uçuşları fonunda Serbiya mediası Azərbaycanın turizm imkanları ilə tanış olub

06 May, 26 / 17:02
A A

Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən Serbiyadan olan media nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib. 

Dövlət Turizm Agentliyindən Zefer.media – ya verilən məlumata görə, səfər Serbiyanın milli hava daşıyıcısı “Air Serbia” tərəfindən Bakı və Belqrad şəhərləri arasında birbaşa uçuşların başlaması ilə əlaqədar təşkil olunub və Serbiyanın nüfuzlu media qurumlarından 12 nümayəndə ilə yanaşı, “Air Serbia”nın 2 təmsilçisi də iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti Bakının əsas turizm məkanlarını ziyarət edərək İçərişəhər, Heydər Əliyev Mərkəzi, Qobustan Milli Tarix-Bədii Qoruğu, Palçıq Vulkanları Turizm Kompleksi və digər turizm potensialı yüksək olan ərazilərlə yaxından tanış olub.

Proqram çərçivəsində qonaqlar üçün şəhər turları təşkil olunaraq Azərbaycanın mədəni irsi və turizm imkanları barədə ətraflı məlumat təqdim edilib, eyni zamanda milli mətbəxi əks etdirən qastronomiya üzrə master-klas keçirilib.

Qonaqlara, həmçinin “Sea Breeze Resort” kompleksinin yay turizmi imkanları barədə ətraflı məlumat verilib.

Tanışlıq səfəri zamanı nümayəndə heyəti Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində olub. Görüş zamanı idarənin rəisi Riad Qasımov tərəfindən Bakının 2040-cı il üzrə Baş planı təqdim edilib. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Milli Koordinatorunun müavini Gülşən Rzayeva tərəfindən ölkəmizdə 17-22 may tarixlərində keçiriləcək WUF13 tədbirinə hazırlıq prosesi barədə geniş məlumat verilib.

Səfər çərçivəsində qonaqlar “Bakı Ağ Şəhər” layihəsi ilə tanış olaraq burada həyata keçirilmiş və hazırda davam edən şəhərsalma işləri barədə məlumat əldə edib, ərazi üzrə gəzinti turunda iştirak ediblər.

Proqramın mədəni hissəsi çərçivəsində iki ölkə arasında mədəni əlaqələrin inkişafının nümunəsi olaraq Serbiya Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan-Serbiya birgə klassik musiqi konserti təşkil olunub.

Qeyd edək ki, Azərbaycan və Serbiya vətəndaşları üçün qarşılıqlı vizasız rejim tətbiq olunur. Mayın 3-dən etibarən “Air Serbia” tərəfindən Bakı-Belqrad marşrutu üzrə həftədə iki dəfə həyata keçirilən birbaşa uçuşların iki ölkə arasında turizm mübadiləsinin inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

Bənzər Xəbərlər

Dünya

“Müharibə İranı zəiflədib”

İyun 19, 2026
Dünya

Türkiyənin müdafiə naziri: NATO-nun Ankara sammiti ittifaq üçün dönüş nöqtəsi olacaq

İyun 19, 2026
Manşet

İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadim Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

İyun 19, 2026
Dünya

“İranın nüvə silahı olmayacaq”

İyun 19, 2026
Dünya

İran XİN: “Milli maraqları qorumaq üçün bütün gücümüzü səfərbər edəcəyik”

İyun 19, 2026
Dünya

Pezeşkian: “Xameneyinin göstərişləri danışıqlar üçün yol xəritəsidir”

İyun 19, 2026

XƏBƏR LENTİ

“Azərbaycan onların çirkin oyununu pozdu”- VİDEO

20 İyun, 26 / 11:13

Müdafiə Nazirliyinin Tibb İdarəsində müşavirə keçirilib

19 İyun, 26 / 20:05

Türkiyə turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

19 İyun, 26 / 19:59

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatala rayonunda vətəndaşlarla görüşüb

19 İyun, 26 / 19:54

“Şuşa Bəyannaməsi – 5 il: Regionun yeni təhlükəsizlik arxitekturası” mövzusunda tədbir keçirilib

19 İyun, 26 / 18:40

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirdi

19 İyun, 26 / 17:46

Alimlər Alzheimer xəstəliyinin gizli mexanizmini müəyyən ediblər

19 İyun, 26 / 17:34

İran Hörmüz boğazını yenidən bağladı

19 İyun, 26 / 17:26

“Müharibə İranı zəiflədib”

19 İyun, 26 / 17:24

Çimərliklərə gedərkən nələri bilməliyik? - Ekspert açıqladı 

19 İyun, 26 / 17:17

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.