• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
10.8° Weather Columbus
$
1.7
€
1.9951
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

VI “Qızıl Şah” Milli Kulinariya Çempionatı keçirilir

06 May, 26 / 16:37
A A

Mayın 5-də 31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) çərçivəsində “Qızıl Şah” Milli Kulinariya Çempionatına start verilib. 

Dövlət Turizm Agentliyindən Zefer.media – ya verilən məlumata görə, dörd gün davam edəcək çempionat Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi, Ümumdünya Usta Aşpazlar Cəmiyyətləri Assosiasiyasının (“Wordlchefs”) tərəfdaşlığı ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən təşkil olunub.

5-8 may tarixlərini əhatə edəcək çempionatın keçirilməsində əsas məqsəd qastronomiyanın inkişafına töhfə vermək, o cümlədən qastroturizm potensialının genişləndirilməsini, qaliblərin beynəlxalq yarışlarda iştirakını, kulinariya üzrə beynəlxalq aşpazların təcrübəsinin mənimsənilməsi ilə bacarıqlarının inkişaf etdirilməsini, eləcə də milli mətbəx nümunələrimizin hazırlanma metodologiyasının dünya aşpazları tərəfindən öyrənilməsini, bütövlükdə ölkəmizin qastroturizm destinasiyası kimi tanınmasını təmin etməkdir.

Builki çempionatın proqramına fərdi aşpaz kateqoriyaları, şirniyyatçılıq sənəti, komanda yarışları və gənclər (junior) kateqoriyaları daxildir. Bu il çempionatda innovasiyalara, davamlı inkişafa və milli kulinariya ənənələrinin müasir beynəlxalq tendensiyalarla vəhdətinə xüsusi diqqət yetirilir. Yarışlarda Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Serbiya, Rusiya, Belarus, Xorvatiya, Rumıniya və Ukraynadan komandalar iştirak edir.

6-cı “Qızıl Şah” Milli Kulinariya Çempionatının münsiflər heyəti ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Almaniya və digər ölkələrdən olan, “Worldchefs” tərəfindən lisenziyalaşdırılmış beynəlxalq hakim-aşpazlardan ibarətdir.

Qeyd edək ki, 2019-cu ildən etibarən keçirilən çempionatda yerli və əcnəbi aşpazlar individual, həmçinin komanda şəklində müxtəlif yarış kateqoriyalarında iştirak edirlər. “Qızıl Şah” Milli Kulinariya Çempionatı 2024-cü ildən etibarən “Wordlchefs” ilə birgə təşkil edilən “Gold Shah” kontinental (qitə) aşpazlar çempionatına ev sahibliyi etmək hüququnu əldə edib. “Wordlchefs” tərəfindən rəsmi olaraq tanınan ilk yerli çempionat kimi “Qızıl Şah” Milli Kulinariya Çempionatı digər ölkələrin də komandalarını qəbul etmək imkanı qazanıb. Bundan əlavə, beynəlxalq tanınma nəticəsində müsabiqənin qaydaları təkmilləşdirilərək daha yüksək səviyyəli hakimlər münsiflər heyətinə cəlb edilib.

“Qızıl Şah” çempionatı kulinariya sahəsində yeni istedadların üzə çıxarılması, təcrübə mübadiləsi və Azərbaycanın qastronomiya mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması üçün mühüm platforma olaraq inkişafını davam etdirir.

Bənzər Xəbərlər

Cəmiyyət

Onların maaşlarına əlavənin verilmə müddəti uzadıldı

May 6, 2026
Banner

Xocavənd şəhəri və Qırmızı Bazar qəsəbə sakinləri sosial müdafiə tədbirləri ilə maarifləndirilib

May 6, 2026
Banner

Bir insanın formalaşmasında valideyn yoxsa müəllimin rolu daha çoxdur? - AÇIQLAMA

May 6, 2026
Cəmiyyət

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsi əsaslı təmirdən sonra istifadəyə verilib

May 6, 2026
Banner

Hansı gündəlik vərdişlərimiz dişlərə ziyan vurur? - AÇIQLAMA 

May 5, 2026
Təhsil

Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq

May 5, 2026

XƏBƏR LENTİ

Əraqçı: “İran və digər ölkələr arasında yeni əməkdaşlıq dövrü başlayır”

06 May, 26 / 17:53

İlham Əliyev 2 fərman imzaladı

06 May, 26 / 17:50

Bu ölkə ilə müdafiə sahəsində saziş təsdiqlənib

06 May, 26 / 17:47

Çavuşoğlunun qardaşı güllələndi, Ceyhun Bayramov zəng etdi 

06 May, 26 / 17:45

Bunu edən valideynlər cərimələnəcək – Prezident təsdiqlədi

06 May, 26 / 17:43

Pakistan ABŞ–İran danışıqlarının ikinci raunduna ev sahibliyi edə bilər

06 May, 26 / 17:40

Ərdəbilin iqtisadi nümayəndə heyəti Azərbaycana səfər edəcək

06 May, 26 / 17:38

Azərbaycan–Ekvador münasibətlərində yeni mərhələ - AÇIQLAMA

06 May, 26 / 17:30

ABŞ–İran danışıqlarında kritik mərhələ: müharibə sona çatır?

06 May, 26 / 17:22

Bakı-Belqrad uçuşları fonunda Serbiya mediası Azərbaycanın turizm imkanları ilə tanış olub

06 May, 26 / 17:02

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.