ABŞ Senatının Demokrat üzvü Riçard Blumental CNN telekanalına müsahibəsində İrana qarşı hərbi hücum ehtimalının “yaxın gələcəkdə yüksək ola biləcəyini” deyib.
Zefer.media xəbər verir ki, senator məxfi brifinqlərə və əldə etdiyi məlumatlara istinad edərək yaxın zamanda hərbi zərbə ehtimalının ciddi şəkildə müzakirə olunduğunu qeyd edib.
Blumentalın sözlərinə görə, bu vəziyyət “çox narahatedicidir” və belə bir addımın ABŞ hərbçilərinin həyatını təhlükəyə ata biləcəyi və genişmiqyaslı nəticələr doğura biləcəyi ehtimalı var.
O, prosesin məxfiliyinə görə bütün detalları açıqlaya bilmədiyini deyib: “Nə vaxt baş verəcəyini dəqiq demək mümkün deyil, ancaq bu ssenari müzakirə olunur”.
Zərintac Mayisqızı

















