Manşet

“Bakı energetika sahəsində Romanın strateji tərəfdaşıdır”

4 May 2026, 19:203
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycan energetika sahəsində İtaliyanın strateji tərəfdaşıdır.

Zefer.media xəbər verir ki, bunu İtaliyanın baş naziri Corciya Meloni Azərbaycana uçmazdan əvvəl İrəvanda jurnalistlərə deyib.

Meloninin sözlərinə görə, energetika mövzusu Avropa Şurası səviyyəsindəki müzakirələrdə, eləcə də ikitərəfli təmaslarda, o cümlədən Böyük Britaniya ilə olan əlaqələrdə əsas məsələlərdən biri olaraq qalır.

O vurğulayıb ki, energetika ilə yanaşı, Avropanın suverenliyi və strateji muxtariyyətinin elementi olan kritik əhəmiyyətli xammal məsələləri də mühüm əhəmiyyət kəsb edir. Meloni həmçinin qeyd edib ki, İtaliya bu istiqamətlərin inkişafına öz töhfəsini verməyə çalışır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600